“İmperator olmaq istəmirəm” – Çarli Çaplin.

chaplin-scared

 

Gərək məni bağışlayasanız, amma mən imperator olmaq istəmirəm.

Çünki, bu mənim işim deyil. Mən nə yeni torpaqlar işğal etmək istəyirəm, nə də insanları idarə etmək. Hətta əgər mümkün olsaydı mən hər kəsə : yahudilərə, xristianlara, qaralara və ağlara yardım edərdim.  Biz insanlar hamımız bir-birimizə yardım etmək istəyirik.Çünki, insan oğlu belə yaradılıb.  Biz digərlərnin xoşbəxtliklərindən ilham alıb yaşamaq istəyirik bədbəxtliklərin deyil.Çünki, biz bir-birimizə nə nifrət etmək, nə də xor baxmaq istəyirik. Yer üzərində hər kəsə çatacaq qədər yer, hər kəsi doyuracaq qədər nemət vardır. Yaşam yolu gözəl və azaddır, lakin biz öz yolumuzu itirmişik : Nəfs insan ruhunu zəhərləmiş, dünyanı nifrət hissi ilə doldurmuş, bizi qazlar kimi yürüş edib safalət və qan tökülməsinə şərait yaratmağa vadar etmişdir.

Surəti artıqsaq da indi də özümüzə qapılmışıq.  Bolluq gətirən maşınlar bizi ehtiyac içində qoyub. Bilikliliyimiz bizi həyasız, intellektualılığımız isə bizi sərt və nəzakətsiz edib. Buna görə də çox düşünür, az hiss edirik. Maşınlardan çox insanlığa, intellektuallıqdan çox şirinliyə və mərhəmətə ehtiyacımız. Bu gözəl duyğular olmadan həyat çox acımasız və mənasız olar.  Təyyarələr və radio bizi bir-birimizə yaxınlaşdırdı. Bu icadların əsas məramı insanın içindəki mərhəmətə səslənişdir, ümumbəşəri qardaşlığa və birliyə çağırışdır. Hətta indi məni dünyanın dörd bir tərəfindən milyonlarca insan eşidir. Ümidsiz kişilər, qadınlar və uşaqlar. Onlar günahsız insanlara işgəncə verən, insanları həbs edən bir sistemin qurbanlarıdır. Məni eşidənlərə bir sözüm var : ümidsizliyə qapılmayın. Vaxtsız üzləşdiyimiz bu bəxtsizliyin səbəbi acgöz insanların insanlığın inkişafından qorxmasıdır. İnsanların nifrəti keçəcək, diktatorlar öləcək və onların dünya üzərindəki gücü bir gün xalqa qayıdacaqdır.  İnsanlar öləcəklər, amma azadlıq heç zaman ölməz!!!

Əsgərlər!

Sizi xor görən, sizi alçaldan, sizə nə etməyinizi, nə düşünməyinizi və nə hiss etməyinizi deyən bu sarsaqlara itaət etməyin! Onlar sizinlə bir eşşək kimi davranırlar, sizi peşka kimi istifadə edirlər. Bu insafsızlara – beyinləri, ürəkləri maşınlaşmış bu insan-maşınlara görə dəridən-qabıqdan çıxmayın. Siz maşın deyilsiniz! Siz insansız! İçində insanlıq sevgisi olan insan! İçinizdə kin saxlamayın! Yalnız sevilməyən insan nifrət edər! Əsgərlər, qul olmaq üçün mübarizə aparmayın! Azadlıq üçün mübarizə aparın! Müqəddəs Lukanın 17-ci fəslində yazıldığı kimi ; Tanrının krallığı insanın daxilindədir. Bir insanın və ya bir qrup insanın deyil bütün insanların! Sizin! Güc – maşın düzəltmək, xoşbəxtlik yaratmaq gücü sizin –xalqaların  əlindədir! Bu güclə azad, möhtəşəm və macera dolu dünya yaratmaq olar! Gəlin yeni dünya üçün mübarizə aparaq. İnsanların əmin-amanlıqla işləyə biləcəyi, cavanlara gələcək vəd edən və qocalığa zəmanət verən dünya.

Sarsaqlar sizə bunları vəd edərək hakimiyyəti ələ keçirdilər. Amma yalan deyirdilər! Onlar sözlərinin üstündə durmadılar. Heç vaxt da durmayacaqlar! Diktatorlar öz rahatlıqları naminə xalqı qul etdilər. Dünyanı bütün bunlardan qurtarmaq üçün, milli maneələri aşmaq üçün, tamahın, kinin və qeyri-tolerantlığın olmadığı bir düyna üçün mübarizə aparaq. Ədalətli bir dünya üçün mübarizə aparaq. Elim və uğurun insanların xoşbəxtliyinə xidmət etdiyi bir dünya üçün mübarizə aparaq. Əsgərlər, gəlin demokratiya ətrafında birləşək!

Anna məni eşidirsən? Hər halda bu sənsən, Anna! Gözlərini aç! Gözlərini aç, Anna! Qara buludlar yox olur! Günəş yenidən parlayır! Qaranlıqdan aydınlığa çıxırıq! Yeni bir dünyaya göz açırıq, daha gözəl bir dünyaya, insanların öz nəfsinə, nifrətinə, öz pis əməllərinə qalib gəldiyi bir dünyaya. Gözlərini aç, Anna! İnsan ruhu öz qanadlarını geyinib yenidən göy qurşağına, ümidlərin işıq saçdığı yerlərə uçmağa başlayır. Gözlərini aç, Anna! Gözlərini aç!

 

“Böyük Diktator” filmindən bir parça.

İtalyan dilindən tərcümə etdi: Abuzər Cəfərov

 

 

Bədii Tərcümə, Məlumat, Müzakirə kateqoriyasına göndərildi | Etiketləndi , , , , , , , , , , , | Bir şərh yazın