Klubun Əsasnaməsi

AGTA Bədii Tərcüməçilər Klubunun Əsasnaməsi

1. Ümumi müddəalar

1.1. Bədii Tərcüməçilər Klubu Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası daxilində fəaliyyət göstərən, fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən klubdur.

1.2. Bədii Tərcüməçilər Klubu AGTA çərçivəsində sərbəst fəaliyyət göstərə, layihə təşəbbüsləri ilə çıxış edə bilər, AGTA daxilində digər klublarla və AGTA xaricində digər təşkilatlarla birgə layihələr həyata keçirə birlər.

1.3. Klub öz fəaliyyətini Azərbaycan  Respublikasının  qanunları və respublikanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, konvensiyalar əsasında qurur.

1.4. Birlik öz fəaliyyətində üzvlərin könüllülüyü, bərabərliyi, müstəqilliyinə hörmət və daxili işlərinə qarışmamaq, demokratik idarəetmə və qarşılıqlı, bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanır.

2. Klubun məqsədi

AGTA Bədii Tərcüməçilər Klubunun məqsədi Azərbaycanda bədii tərcümə sənətinin inkişaf etdirilməsi və ölkədə fəaliyyət göstərən bədii tərcüməçilərin hüquqlarının müdafiəsidir.

3. Klubun vəzifələri

3.1. Klubun məqsədinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

–        Bədii tərcümə sahəsinə yeni qədəm qoyan gənc bədii tərcüməçilərin bədii tərcümə bacarıqlarını inkişaf etdirmək;

–        Gənclər arasında bədii tərcüməni təbliğ etmək, bu sahəyə maraq yaratmaq;

–        Bədii tərcümə sahəsində təhsil alan tələbələrə metodiki və praktiki dəstək göstərmək;

–        Müasir və klassik dünya ədəbiyyatının maraqlı nümunələrinin azərbaycan dilinə tərcümə edilməsi;

–        Azərbaycan ədəbiyyatını dünyada təbliğ etmək, ədəbiyyatımızın maraqlı nümunələrin xarici dillərə tərcüməsinə çalışmaq;

–        Bədii tərcüməçilərin gördüyü işin gerçək dəyərinin cəmiyyətə çatdırılmasına kömək etmək;

–        Gənclərin asudə vaxtını səmərəli keçirməsinə kömək olmaq;

–        Üzvlərin maraq və hüquqlarını müdafiə etmək.

4. Kluba üzvlük

4.1.  Klubda aşağıdakı üzvlük kateqoriyaları mövcuddur:

a) Daimi üzv – Aktiv olaraq bədii tərcümə ilə məşğul olan, tərcümələri müxtəlif çap və elektron nəşrlərdə müntəzəm çap olunan peşəkar bədii tərcüməçilər.

b) Həmkar üzv – Bədii tərcüməyə marağı olan, həvəskar tərcümələr edən, tərcümələri müəyyən aralıqlarla nəşr edilən və ya edilməyən tərcüməçilər.

c) Tələbə-üzv – Tərcümə, dilçilik, filologiya, ədəbiyyat fakültələrinin tələbələri

4.2. Üzvlər aşağıdakı hüquqlara malikdir:

–        Tərcümə olunmuş əsərlərinin nəşr edilməsində Klubdan dəstək almaq;

–        Tərcümə olunmuş əsərlərinin tanıdılmasında Klubdan dəstək almaq;

–        Hüquq və maraqlarının müdafiəsi üçün müraciət etmək;

–        Klubun həyata keçirdiyi tədbirlərdə iştirak etmək;

–        Klubun idarə edilməsində iştirak etmək

–        Klubun rəhbər orqanlarına nəzarət etmək

4.3. Üzvlər aşağıdakı öhdəlikləri daşıyır:

4.3.1 Daimi üzvlər:

–        Tərcümə olunmuş əsərləri barədə klubu mütəmadi məlumatlandırmaq;

–        Həmkar və Tələbə-üzvlərlə tərcübə bölüşmək;

4.3.2 Həmkar  üzvlər:

–     Klubun təşkil etdiyi tədbirlərdə fəal iştirak etmək;

–     Müntəzəm aralıqlarla bədii tərcümələr etmək və nəşr edilməsi üçün təqdim etmək;

4.3.2 Tələbə- üzvlər:

–     Klubun təşkil etdiyi tədbirlərdə fəal iştirak etmək;

–     Müntəzəm aralıqlarla bədii tərcümələr etmək və kluba təqdim etmək;

4.4 Üzvlüyə aşağıdakı hallarda xitam verilir:

–          klub ləğv edildikdə;

–          öz ərizəsi əsasında;

–          öhdəliklərin yerinə yetirilməməsi nəticəsində;

4.5. Klub üzvünün üzvlükdən çıxarılması barədə qərarı Şura qəbul edir. Bunun üçün Şuranın iclasında iştirak edən üzvlərin yarıdan çoxu həmin qərarın lehinə səs verməlidir.

4.6. Klub üzvlüyündən çıxarılmış şəxs 1 ay müddətində Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının Nəzarət-Təftiş Komissiyasına şikayət edə bilər.

5. Klubun strukturu və idarəetmə

5.1. Klubun fəaliyyəti koordinator, koordinator köməkçisi və 3 nəfərdən ibarət Şura tərəfindən tənzimlənir.

5.2. Koordinator, koordinator köməkçisi, Şuranın tərkibi açıq səsvermə yolu ilə Ümumi Toplantıda üzvlər tərəfindən seçilir.

5.3. Şuranın səlahiyyətlərinə daxildir:

–          Əsasnaməni qəbul edir, ona düzəliş və dəyişikliklər edir;

–          üzvlərin qəbulu, üzvlüyə xitam verilməsi məsələlərinə baxır;

–          Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasına təqdim ediləcək rüblük və illik hesabatları təsdiq edir;

5.4. Koordinatorun vəzifə və səlahiyyətlərinə daxildir:

–          Klubu təmsil etmək;

–          Klub adından müqavilələr bağlamaq;

–          Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasına təqdim ediləcək rüblük və illik hesabatları hazırlamaq;

–          Klubun cari idarəçiliyini və digər məsələləri həll edir.

 

 

 

 

 

 

 

 

Bir şərh yazın