KLUBA ÜZV OL

AGTA Bədii Tərcüməçilər Klubuna üzvlük AGTA üzvləri üçün açıqdır. Bədii Tərcüməçilər Klubuna üzv olmaq üçün öncə Azərbaycan Gənc Tərcüməçilər  Assosiasiyasına (www.agta.az) üzv olmaq tələb olunur.

Kluba üzv olmaq üçün aşağıdakı linkdə yerləşdirilmiş üzvlük üçün müraciət formasını doldurub literary@agta.az ünvanına göndərməyiniz xahiş olunur.

 

http://literary.agta.az/btkmembership.doc

Müraciət etməzdən öncə Klubun Əsasnaməsi ilə tanış olun

 

Nəyə görə üzv olmalı?

  1. Gənc tərçüməçilər ilə  peşəkar bədii tərcüməçilər arasında əlaqəni təmin edirik;
  2. Üzvlərimiz üçün  peşəkar bədii tərcüməçilərin seminar və treninqi təşkil olunur. Gənc tərcüməçilərə onların  təcrübəsindən faydalanmaq, tərcümə üslubları, bədii tərcümədəki problemlər, çətinliklər və.s barəsində birbaşa peşəkarlardan məlumat almaq imkanı veririk;
  3. Üzvlərimizin təcrübəsini artırmaq üçün onların mütamadi olaraq tərcümələr ( kiçik hekayə, povest, şeir, aforizmlər və.s ) etmələrinə nazarət olunur. Edilmiş tərcümələr peşəkar tərcüməçilər tərəfindən yoxlanılır, müzakirə olunur, redaktə olunur və müəyyən məsləhətlər verilir;
  4.  Uğurlu tərcümələr http://literary.agta.az/ saytında, məşhur portallarda yerləşdirilir, eləcə də,  AGTA-ın facebook qruplarında paylaşılır və hər kəs tərəfindən oxunmasına şərait  yaradılır.;
  5. Seçilmiş tərcümələr rüblük dərgimizdə nəşr olunur;
  6. Sizə bir tərcüməçi kimi adınızı və imzanızı tanıtmaq imkanı yaradılır;

ƏSASNAMƏDƏN ÇIXARIŞ:

 

“4. Kluba üzvlük

4.1.  Klubda aşağıdakı üzvlük kateqoriyaları mövcuddur:

a) Daimi üzv – Aktiv olaraq bədii tərcümə ilə məşğul olan, tərcümələri müxtəlif çap və elektron nəşrlərdə müntəzəm çap olunan peşəkar bədii tərcüməçilər.

b) Həmkar üzv – Bədii tərcüməyə marağı olan, həvəskar tərcümələr edən, tərcümələri müəyyən aralıqlarla nəşr edilən və ya edilməyən tərcüməçilər.

c) Tələbə-üzv – Tərcümə, dilçilik, filologiya, ədəbiyyat fakültələrinin tələbələri

4.2. Üzvlər aşağıdakı hüquqlara malikdir:

–        Tərcümə olunmuş əsərlərinin nəşr edilməsində Klubdan dəstək almaq;

–        Tərcümə olunmuş əsərlərinin tanıdılmasında Klubdan dəstək almaq;

–        Hüquq və maraqlarının müdafiəsi üçün müraciət etmək;

–        Klubun həyata keçirdiyi tədbirlərdə iştirak etmək;

–        Klubun idarə edilməsində iştirak etmək

–        Klubun rəhbər orqanlarına nəzarət etmək

4.3. Üzvlər aşağıdakı öhdəlikləri daşıyır:

4.3.1 Daimi üzvlər:

–        Tərcümə olunmuş əsərləri barədə klubu mütəmadi məlumatlandırmaq;

–        Həmkar və Tələbə-üzvlərlə tərcübə bölüşmək;

4.3.2 Həmkar  üzvlər:

–     Klubun təşkil etdiyi tədbirlərdə fəal iştirak etmək;

–     Müntəzəm aralıqlarla bədii tərcümələr etmək və nəşr edilməsi üçün təqdim etmək;

4.3.2 Tələbə- üzvlər:

–     Klubun təşkil etdiyi tədbirlərdə fəal iştirak etmək;

–     Müntəzəm aralıqlarla bədii tərcümələr etmək və kluba təqdim etmək;

4.4 Üzvlüyə aşağıdakı hallarda xitam verilir:

–          klub ləğv edildikdə;

–          öz ərizəsi əsasında;

–          öhdəliklərin yerinə yetirilməməsi nəticəsində;

4.5. Klub üzvünün üzvlükdən çıxarılması barədə qərarı Şura qəbul edir. Bunun üçün Şuranın iclasında iştirak edən üzvlərin yarıdan çoxu həmin qərarın lehinə səs verməlidir.

4.6. Klub üzvlüyündən çıxarılmış şəxs 1 ay müddətində Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının Nəzarət-Təftiş Komissiyasına şikayət edə bilər.”

6 Şərh