Tərcümələr içində ən çətini məhz poetik tərcümə hesab olunur və heç də hamı bunun öhtəsindən lazımınca gələ bilmir. Bəzi poetik tərcümələrin təhlilini oxumaq bu tərcümə sahəsi üçün olduqca vacibdir. Hamlet İsaxanlı bu kitabda müxtəlif əsərlərin tərcümələrinin təhlilinə dair nümunələr göstərmişdir. Eyni zamanda poetik tərcümənin tarixinə də nəzər salmaq mümkündür. Nümunələrlə birlikdə faktlara əsaslanan şəxsi fikirlərinin də olması poetik tərcümə ilə maraqlananları cəlb edə bilər.
http://www.translit.az/ELEKTRON%20KITABXANA/TERCUMESUNASLIQ/Hamlet.pdf