MKM-də Bədii Tərcümə

Milli Kitab Mükafatına yenidən start verildi. MKM Azərbaycanın ədəbiyyat sahəsində ən böyük layihədir.  2009-cü ildə “Əli və Nino” Nəşriyyat evi tərəfindən təsis edilən mükafatın əsas məqsədi ictimai diqqətin Azərbaycan ədəbiyyatına cəlb edilməsi, ədəbi əsərlərin üzə çıxarılması və stimullaşdırılması, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının sosial əhəmiyyətinin gücləndirilməsidir. Ən yaxşı şeir,  uşaq nağılı , gənc yazıçı nominasiyaları ilə yanaşı  Amerika yazıçısının əsərinin Azərbaycan dilinə ən yaxşı tərcüməsi nominasiyası  olacaq. Hələ şərtlər ABŞ səfirliyi ilə müəyyənləşdirilmədiyindən bu barədə http://www.mkm.az/saytında  ətraflı məlumat yerləşdirilməyib. Nigar Köçərlinin Azadlıq Radiosuna verdiyi müsahibədə tezliklə məlumatların yerləşdiriləcəyini qeyd etmişdir

Xəbərlər kateqoriyasına göndərildi | Bir şərh yazın