“Alisa Möcüzələr Diyarında” bir hissə
1-ci fəsil
Alisa sahildə bacisi ilə oturmaqdan və heç bir şey etməməkdən yorulmağa başlayırdı: O, bir-iki dəfə bacisinin oxuduğu kitaba göz yetirdi lakin orda heç bir danışıq prosesi və şəkil yox idi və Alisa “şəkillər və danışıq olmadan kitabın nə mənası var?”-deyə düşündü.O, öz-özünə qızçıçəyi gülündən zəncir düzəltməklə zövq almağının yüksək yerlərə çıxmaq və onları yığmağa çəkəcəyi əziyyətə dəyib-dəymədiyi barədə düşünərkən (adi halda o, bunu edə bilərdi ancaq isti havada yorğun və yuxulu idi) və qəfildən onun yaxınlığından çəhrayı rəngli gözləri olan Ağ Dovşan qaçır.
Burada təəccüblü heç nə yox idi; Nə də ki, Alisa Dovşanın öz-özünə “Ay,aman, ay aman, gecikəcəyəm” deməyini eşidərkən (daha sonra düşünərkən o, buna təəccübləndi, lakin bu zaman, hər şey tamamilə adi görsənirdi) bunu heç də qeyri-adi bir şeyimiş kimi qəbul etmirdi. Dovşan gödəkçəsinin cibindən bir saat çıxardarkən ona baxib və sonra təlaşa düşərkən Alisa yerindən dik atıldı, çünki o, dərk etdi ki, o, əvvəl heç vaxt nə gödəkçə ilə, nə onun cibindən çıxardığı saat ilə, nə də ki hər şeyi bilmək arzusu ilə yanan bir dovşan görməmişdi.Alisa çəmənlik boyu onun arxasınca qaçdı və xoşbəxtlikdən, vaxtında onun çəpərin altında yerləşən böyük bir dovşan yuvasına daxil olduğunu gördü.
Birdən Alisa Dünyaya yenidən necə qayıdacağını bir an belə düşünmədən onun arxasınca aşağı düşdü.
Dovşan yuvası tunel kimi düz idi və Alisa qəfildən aşağı düşdü, hətta onun dərin quyuya yıxılmazdan əvvəl özünü saxlamaq barədə düşünməyə belə imkanı da olmadı.
Həm quyu çox dərin idi, həm də ki, o, aşağıya çox yavaş bir şəkildə enirdi və aşağı düşərkən onun ətrafına baxmağa və daha sonra baş verəcəklərə heyrətlənmək üçün kifayət qədər vaxtı var idi. İlk növbədə, o aşagı baxmağa və nəyə doğru getdiyini müəyyən etməyə çalışdı, lakin qaranlıq idi, bir şey görmək olmurdu.Sonra o, quyunun kənarlarına baxdı , onların şkaf və kitab rəfləri ilə dolu olmağına diqqət yetirdi.O, hər yerdə ağac mıx üzərinə asılmış şəkillər və xəritələr gördü.O, yanından keçərkən rəflərin birindən üzərində ” Portağal Marmeladı” etiketi yapışdırılan bir banka götürdü. Bankanın boş olmağı onu çox kədərləndirdi. O, kiməsə xəsarət yetirməmək üçün bankanı əlindən salmadı və yanından aşağı doğru endiyi şkafların birinə qoydu.
Alisa öz-özünə “Yaxşı, aşağıya bu cürə düşməkdən sonra pilləkanlardan yıxılmaq nədir ki! Onlar mənim evdə necə də cəsur biri olduğumu düşünürlər. Buna görə də, mən bu barədə bir şey deyə bilmərəm, hətta evin yuxarısından yıxılsam belə (hansi ki, həqiqətə daha yaxındır.)”- deyə fikirləşdi.
“Aşağı, aşağı, aşağı… Aşağı enmək nə vaxtsa dayanacaq ?! Bilmək istəyərdim, bu vaxta qədər neçə mil məsafə aşağı doğu hərəkət etmişəm?”
-deyə o , yüksək səslə danışdı. ” Çox guman ki, yerin mərkəzinə doğru irəliləyirəm. Bir dəqiqə! 4 mil aşağıda nə ola bilər ?! Məncə, (gördüyünüz kimi, Alisa buna bənzər bir çox şeyi sinif otaqlarında keçirilən dərslər zamanı öyrənib, hərçənd bu öz biliklərini göstərmək üçün yaxşı məqam deyildi çünki ona qulaq asan heç kəs yox idi, lakin əlavə olaraq demək yaxşı bir təcrübə idi) hə,bu düz distansiya haqqındadır.Lakin mən bilmək istəyirəm mən hansi en dairəsi və ya uzunluqdayam?”
Alisanın en dairəsi və ya uzunluq haqqinda heç bir məlumatı yox idi, bunula belə, bu sözləri söyləmək olduqca gözəl idi.
Tezliklə,o, yenidən başladı. “Mən bilmək istəyərdim, gorəsən yerin içi ilə düşürəm? Başı üzərində gəzən insanların arasına gedib çıxmaq necə də gülməli görsənər! Məncə, xoşagəlməz olar ( o, heç kimin onu dinləməməsindən olduqca şad idi, çünki bütünlükdə, sözlər ağılabatan səslənmirdi) amma mən onlardan ölkələrinin adını soruşmalıyam. Zəhmət olmasa, xanım, bura Avstraliyadir ,yoxsa Yeni Zenlandiya? (O, danışarkən əyilərək salam verməyə çalışdı – hava ilə düşərkən qəribə bir şəkildə əyilərək salam vermə! Bunu edə biləcəyini düşünürsən ? )Və bunu soruşduğuma görə o, mənim necə də avam bir qız olduğumu fkirləşəcək. Yox, soruşmaq olmaz ! Ola bilsin ki, onun harsa yazıldığını görüm.”
Aşağı, aşağı, aşağı…Məşğul olmağa heç nə yoxdur, beləliklə, Alisa yenidən danışmağa başladı:” Daina bu axşam mənim üçün çox darıxacaq (Daina pişikdir), onu daima xatırlayacağam. Ümid edirəm ki, onlar çay vaxtı ona bir nəlbəki süd verməyi yada salacaqlar. Daina, canım mənim ! Sənin burada mənimlə olmağını istərdim. Burada siçanlar yoxdur, amma yarasa tuta bilərsən, yarasa siçana çox bənzəyir.Ancaq, bilmək istərdim, pişiklər yarasaları yeyir ? Pişiklər yarasaları yeyir ? “- və bəzən də “Yarasalar pişikləri yeyir?” Gördüyünüz kimi, o, sualların heç birinə cavab vermədiyi üçün, sözlərin hansı sıra ilə olmağının fərqi yox idi.O, artiq mürgülədiyini hiss edirdi və tezliklə yuxuya gedərək yuxuda Daina ilə əl-ələ gəzdiyini və ona ciddi şəkildə : ” Daina, düzünü de, sən nə vaxtsa yarasa yemisən?” dediyini görür.
Tap! Tap! Qəfildən o, bir yığın çör-çöpün və qurumuş yarpaqların üzərinə düşür və aşağı enmək qurtarir. Alisa bir az da olsun yaralanmamışdı və o, bir anda ayağa qalxdı. O, yuxarı baxdı və ora tamamilə qaranlıq idi. Bir qədər əvvəl Alisa başqa bir uzun yolda idi, Ağ Dovşan yenə də göründü və aşağı enmək üçün tələsirdi.İtiriləcək vaxt yox idi. Alisa bir rüzgar kimi tez gedib onun küncə dönərək “Eh bığlarım və qulaqlarım, mən necə də gecikirəm… ” – deməyini vaxtında eşidə bildi. Alisa küncə dönərkən onun düz arxasında idi, lakin Dovşan tez bir zamanda gözdən itir. Alisa birdən uzun, alçaq və damdan asılmış bir cərgə lampa ilə işıqlandırılan bir zalda peyda oldu.
Zal boyunca qapılar var idi, amma onların hamısı qıfıllanmışdı. Alisa hər bir qapını bütün yollarla, aşağı və yuxarı yoxladı, ortalığa tərəf gəldi və burdan yenidən necə çixacağı barədə götür-qoy etməyə başladı.Qəfildən Alisa bərk şüşədən düzəldilmiş üç-ayaqlı bir stol tapdı.Onun üstündə balaca qızılı açardan başqa heç nə yox idi və Alisanın ağlına gələn ilk fikir bu idi ki, açar zaldakı otaqlardan birinə məxsus ola bilər.Amma Təəssüf ! Gah qıfıllar böyük olurdu gah da ki, açar balaca olurdu, istənilən halda,açar qapıların heç birini aça bilmədi. Bununla belə, üçüncü cəhddə , o, daha əvvəl görmədiyi alçaq bir pərdə gördü və onun arxasında isə on beş dyüm uzunluqda bir qapı var idi. Alisa balaca qızılı açarı qıfılda yoxladı və açarın uyğun gəlməsi onun üçün böyük sevinc idi.
Alisa qapını açdı və qapı siçan deşiyindən böyük olmayan kiçik bir yola aparırdı.O, dizi üstünə çökdü və keçiddən ecazkar bir bağa baxdı. O, qaranlıq zaldan çıxmaq, gözəl gül ləklərinin və sərin fəvvarələrin arasında gəzib-dolaşmaq üçün can atırdı.Lakin, o, hətta başını belə qapının girəcəyindən çıxara bilmirdi.Yazıq Alisa düşünürdü : “Əgər heç olmasa başımı çiyinlərim olmadan belə çıxarda bilsə idim, çox yaxşı olardı. Eh, kaş, teleskop kimi qatlanıb yığılardım. Əgər necə başlamağı bilsə idim, edə bilərdim”. Gördüyünüz kimi, axırdan axıra bir çox qeyri-adi hadisələr baş verdi, Alisa artıq bəzi şeylərin həqiqətən də mümkünsüz olduğunu düşünməyə başlamışdı.
Kiçik qapının yanında gözləməyin bir faydası olmadığı görünürdü , beləlikə, Alisa başqa bir açar və ya , heç olmasa, insanları teleskop kimi qatlayıb yığmaq barədə qaydalar yazılan bir kitab tapacağına az da olsa ümid edərək stolun yanına qayıtdı. Bu vaxt o, stolun üstündə bir butulka tapdı (“Hansi ki, şübhəsiz daha əvvəl burda deyildi”- dedi Alisa) və butulkanın boğazı bütünlüklə üzəriində gözəl bir şəkildə böyük hərflərlə “Məni İç” sözləri yazılan kağız etiket ilə əhatələnmişdi.
“Məni İç”- demək olduqca asandır, amma ağıllı Alisa bunu etmək üçün tələsmədi. “Yox, ilk növbədə baxacağam”-o, dedi – “və baxacağam, görüm burda ‘zəhər’ yazılıb ya yox”. O, yanan, vəhşi heyvanlar tərəfindən yeyilən və başlarına digər xoşagəlməz hadisələr gələn uşaqlar haqqında bir neçə kiçik hekayələr oxumuşdu, bu hadisələr ona görə baş vermişdi ki, həmin uşaqlar dostlatının onlara öyrətdiyi sadə qaydaları xatırlamamışdılar, məsələn, qıpqırmızı yanan atəşkeşi uzun müddət əldə saxladıqda yandırır; Barmağını bıçaqla dərindən kəsəndə, adətən qanayır; Və Alisa heç vaxt unutmamışdı ki, əgər sən üzərində “zəhər” yazılmış butulkadan nəsə içsən, şübhəsiz, gec və ya tez sənə zərər vuracaq.
Hər halda, butulkanın üzərində “zəhər” yazılmamışdı , beləliklə Alisa onun dadına baxmağa cəsarət etdi və onun çox xoşagələn olduğunu gördü ( Əslində ondan bir az çiyələk pirojnasının, bişmiş yumurta və süd kreminin, ananasın , qızardılmış hind toyoğunun və isti yağ çəkilib qızardılmış çörək diliminin dadı gəlirdi) və tezliklə onu bitirdi.
“Necə də qəribə hiss-dir !” – dedi Alisa, “Mən bir teleskop kimi yığılıram”.
Və bu doğrudan da belə idi :İndi o, yalnız 10 dyüm uzunluqda idi və onun gözləri o füsunkar bağa keçmək üçün indi uyğun boyda olmağı düşüncəsi ilə parıldayırdı. İlk növbədə, o, bir neçə dəqiqə yenə də balacalaşıb-balacalaşmayacağını görmək üçün gözlədi; o, buna görə bir qədər təşvişə düşdü. “Əgər dayandısa,”-dedi Alisa öz-özünə , “Mən burdan bir şama bənzər formada çıxandan sonra bəs nə olacaq !” Və o, çalışdı ki, təsəvvürünə gətirsin, şam söndükdən sonra onun alovları nəyə bənzəyir, çünki o, hətta belə bir şeyin olduğunu belə xatırlaya bilmədi.
Bir qədər sonra, yeni heç bir şeyin baş vermədiyini gördükdə qərara aldı ki, bir dəfə bağa girsin, lakin təəssüf,yazıq Alisa ! O, qapıya tərəf gedərkən xatırladı ki, balaca qızılı açarı unudub, stolun yanına onun üçün qayıtdıqda gördü ki, artıq ona əli çata bilməz: Alisa onu şüşənin o biri tərəfindən açıq-aydın görə bilirdi, o, əlindən gələni etdi ki, masanın ayaqlarından biri ilə yuxarı doğru çıxsın, lakin o çox sürüşkən idi və o, özünü cəhd göstərərək yordu: yazıq qız oturdu və ağladı.
” Özünə gəl, ağlamaqda bir fayda yoxdur”- dedi Alisa öz-özünə sərt bir şəkildə, ” Bu anı yaddan çıxarsam yaxşı olar!” O, adətən özünə yaxşı məsləhətlər verir (baxmayaraq ki, çox nadir hallarda onları izləyir), və bəzən də o, özünü ağladığı üçün bərk danlayırdı; Və birdən Alisa öz-özünə kroket oynayan zaman özünü aldatdığı üçün öz qulağına bir şillə vurmağa çalışdığını xatırladı, buna görə də, bu qəribə uşaq 2 nəfər olmağı çox sevirdi. “Amma indi bunun heç bir faydası yoxdur”- deyə düşündü yazıq Alisa, ” iki nəfər olmağı istəmək! ” Axı, böyükölçülü bir adam düzəltmək üçün ehtimal ki, məndən kifayət qədər var idi.
Bir qədər sonra onun gözləri stolun altındakı şüşə bir qutuya sataşdı. Alisa onu açdı və onun içində gözəl bir formada qarağatlarla “Məni Ye” sözləri yazılan bir keks tapdı. “Yaxşı, mən onu yeyəcəyəm”-dedi Alisa, “Əgər o mənim boyumu artırsa, açara çata biləcəyəm; və əgər o birisi məni balacalaşdırsa, qapıdan keçə biləcəyəm; Bu iki vasitə ilə bağa girəcəyəm və necə baş verdiyi vecimə də deyil !”
O,bir az yedi və təlaşla necə böyüyəcəyini hiss etmək üçün əlini başının üzərinə qoyaraq öz-özünə “necə? ” , “necə?” dedi, lakin eyni boyda qaldığını görəndə çox təəccübləndi.Əslində kimsə keksdən yeyəndə bu baş verir lakin Alisa artıq heç bir şey gözləməməkdə idi amma qeyr-adi şeylərin baş verməyini gözləyirdi, həyatda hər şeyin eyni davam etməsi olduqca maraqsız və cansıxıcı idi.
Beləliklə, Alisa işə başladı və tezliklə bütün keksi yeyib bitirdi.
Tərcümə etdi : Aynur Qədiməliyeva