ABŞ Hərbi dəniz qüvvələrinin Ərəb dili üzrə tərcüməçisi casusluq ittihamı ilə həbs olunub

NSA

ABŞ Hərbi dəniz qüvvələrinin Bəhreyndəki dilçisi, məxfi məlumatlardan istifadə qaydalarını pozduğu üçün işdən azad edilmiş və casusluqla ittiham olunmuşdur.

Rəsmilərin sözlərinə görə, ABŞ-ın Bəhreyndə yerləşən beşinci  hərbi dəniz donanmasındakı işinə son verildikdən sonra dünya səyahətinə çıxan 55 yaşlı tərcüməçi, oktyabr ayında Küveyt dövlətində həbs olunub. Bundan sonra o, istintaq və cinayət işinin aparılması üçün ABŞ hərbi orqanlarına təhvil verilib.

Adı Ceyms Hitselberger olan məhbus Beşinci Donanmada 2011-ci ilin sentyabr ayından 2012-ci ilin aprel ayına qədər işləmiş və burada məlumatlara məhdudiyyətsiz çıxışı olmuşdur. Rəsmilər bildirib ki, işi sənədləri toplamaq olan dilçi, qüvvələrin hazırlığı, yerləşdirilməsi,  kəşfiyyat və səfər proqramlarının əks olunduğu materialları evinə aparıb.

Hitselberger barədə Vaşinqtonda  həbs qəti-imkan tədbiri seçildikdən sonra o, milli müdafiə məlumatlarının məxfiliyinin pozulması ilə bağlı ittihamın iki bəndinə əsasən 20 illik həbs cəzasına məhkum olunub. Rəsmilərin dediyinə görə, Hitselberger Hərbi dəniz qüvvələrinə məxsus 6 qutu sənədi Viskonsin ştatının Fond-du-Leyk şəhərində yaşayan ailəsinə göndərib.

Federal Təhqiqatlar Bürosunun bəyanatında bildirilib ki, bir çox orqanlar tərcüməçinin ərəb dili biliyinə güvənərək ilkin məlumatları müntəzəm olaraq, tərcümə üçün ona göndərirmiş. “Bu məlumatlar sayəsində o, həssas mənbələrlə bağlı əməliyyatlar, o cümlədən mənbələrin ad və ünvanlarını bilirmiş.”

Hərbi dəniz qüvvələrinin komandiri Milwaukee Sentinel Jurnalına müsahibəsində, Viskonsin sakini olan müttəhimin İraqdakı hərbi əməliyyatlarla bağlı məlumatları yaymış olması ehtimalının olduğunu söyləyib. Komandir dəqiq məluamt verməsə də, rəsmilər Hitselbergerin 2004-cü ildən 2007-ci ilə qədər İraqdakı ABŞ odusu üçün müqavilə əsasında xidmət göstərdiyini də bəyan edib.

Hitselbergerin ABŞ hərbi və kəşfiyyat orqanlarının üzləşdiyi çətinliklərlə bağlı məlumatları digər dilçilərlə bölüşdüyü söylənilir. 2011-ci ilin iyun ayında “Global Linguist Solutions” tərəfindən işə götürülən Hitselberger bir neçə həftə təlim keçdikdən sonra sentyabr ayında Bəhreynə yola düşərək  qiyamların yatırılması üzrə ixtisaslaşan hərbi dəniz qüvvələrində fəaliyyətə başlamışdır.

Məlumatlara görə, əvvəllər Titan Korporasiyasında işləmiş Hitselbergerin Bəhreyndə səfərdə olduğu müddətdə  təhlükəsizlik qaydalarına riayət etməməsi komandirləri narahat edib. O donanmanın təsərrüfat-ərzaq anbarında kəşfiyyat sənədlərini müzakirə edirmiş.

Bundan başqa, bəyanatda yazılıb ki, kameraların olmadığı bir otaqda oturan Hitselberger ABŞ Hərbi dəniz qüvvələrinin sənədlərini Stanford Universitetinin Hoover İnstitutuna təklif edib.

Lakin Hoover İnstitutu sənədləri qəbul etməkdən imtina edib və nəhayət Bəhreyndə şiə üsyanı zamanı  ABŞ-ın kəşfiyyat sənədləri ilə birlikdə hərbi bazanı tərk etməyə cəhd edən Hitselberger aprel ayında işdən azad edilib.

 

Tərcümə etdi: Günel Cəfərova

Xəbərlər kateqoriyasına göndərildi | Bir şərh yazın