Yaponiyanın konstitutusiyasına qadın hüquqlarını daxil edən tərcüməçi vəfat etdi

art-353-gordon-300x0

2-ci dünya müharibəsindən sonra Yaponiya üçün yeni konstitusiya yazmaq məqsədilə amerikalılardan ibarət bir qrup yaradıldı. Ötən ilin dekabrın 30-da 89 yaşında vəfat edən Bit Qordon həmin qrupun yaşayan son üzvlərindən idi. Qrupda yeganə qadın olan Qordona konstitusiyaya qadın hüquqlarının daxil edilməsi həvalə edilmişdi.

Qrup üzvləri 1946-cı ilin fevralında General Duqlas Makartur tərəfindən təyin edilmişdi. Onlardan heç birinin konstitusiya hazırlamaq təcrübəsi yox idi. 22 yaşlı ingilis-yapon dilləri tərcüməçisi olan Bit Qordon kitabxanalardan müxtəlif ölkələrin konstitusiyalarının nüsxələrini topladı. Bundan sonra onun tərtib etdiyi bəndlər ilk dəfə olaraq yapon qadınlara ənənəvi olaraq məhrum edildikləri hüquqları verdi. Məsələn, yeni konstitusiyanın 14-cü maddəsi kişilərlə bərabərlik, 24-cü maddə isə qadınların mülkiyyət vərəsəlik, həyat yoldaşını seçmək və boşanmağa təşəbbüs etmək hüquqlarını ehtiva edirdi.

Proses tam məxfi olduğunudan, Qordon uzun illər öz rolundan heç yerdə bəhs etmədi. O həm də bilirdi ki, yaşının azlığı və təcrübəsizliyi Yaponiyanın ənənəçiləri tərəfindən qadınlara, onlara verilmiş hüquqlara qarşı bəhanə kimi istifadə edilə bilərdi.

Son illərdə Qordonun bu prosesdə rolu ortaya çıxandan sonra Yaponiyada onu qəhrəman kimi qarşıladılar.

Bit Sirota 1923-cü ildə Vyanada doğulmuşdu. Ukrayna yəhudilərindən olan tanınmış pianoçu Leo Sirotanın qızı  idi. 5 yaşında ailəsi ilə birlikdə Yaponiyaya köçdü. Atası İmperatorun Musiqi Akademiyasında  dərs demək üçün Tokioya dəvət edilmişdi. Ilk təhsilini şəhərdəki alman məktəbində almağa başlasa da, anti-semitizm onu Amerika məktəbinə keçməyə məcbur etdi. Burada Bit yaponiyalı uşaqlara qarışıb dili öyrənmək imkanı əldə etdi. Sonralar o, Tokionu tərk edərək Kaliforniyada Mills Kollecində təhsil almağa yollandı.

Yapon dilini sərbəst bildiyi üçün tezliklə ABŞ hökumətində iş tapır, yapon verilişlərinin monitorinqini aparır.

1945-ci ildə Bit ABŞ vətəndaşlığını alır və ilin sonunda Yaponiyaya General Makarturun heyətinin üzvü kimi qayıdır. Valideynlərindən uzun müddət xəbərsiz olan Qordon onları xaricilərin saxlandığı həbsxanada tapır və xilas edir.

Yeni konstitusiya elan edildikdən bir il sonra – 1948 cil ildə Bit ABŞ hərbi kəşfiyyatının baş tərcüməçisi Con Qordonla evlənir və Amerikaya qayıdır.

Xəbərlər kateqoriyasına göndərildi | Etiketləndi , , | Bir şərh yazın