Qocalar evi…

Mario, kompyuteri söndürə bilərsən? Nahar artıq hazırdır. Şorba isə soyuyur.

Bir dəqiqə, ana, kolumbiyalı dostlarımla danışıram. Bu dəqiqə söndürürəm.

Mario internetdəki dostları ilə sağollaşır və nahar etməyə gedir.

Atası narahatdır.

Babanın sağ ayağında kiçik bir problem var və demək olar, gəzə bilmir. Artıq evində tək yaşaya bilməz – atası deyir, artıq yaşlanıb, yorğundur.

Bəs o nə deyir?- ana soruşur.

Qəmgindir. Deyir ki, qocalar evinə getmək istəmir, əlbəttə. Başqa nə deyəcək?! Lakin,  başqa çıxış yolu yoxdur. Xəstədir, – ata cavab verir, lakin artıq tək yaşaya bilməz.

Baba çox yaxşı biridir axı, niyə bizimlə yaşamağa gəlmir? – Mario soruşur.

Yox, oğlum, olmaz- atası deyir. Birincisi, o bunu istəmir, ikincisi isə, bu ev çox balacadır.

Narahat olma, indi qocalar evlərinin çox yaxşı şəraiti var- ana deyir.

Yaxşı qocalar evləri kifayət qədər bahadır, amma o yaxşı təqaüd alır-ata deyir, pul problem deyil.

Əlbəttə, gəzə bilmirsə, başqa çıxışımız yoxdur -ana deyir. Əminəm ki, qocalar evi evdə tək yaşamaqdan daha yaxşıdır.

Ata portfelindən bir kağız çıxarır.

“El Descanso”1 qocalar evində yer var –deyir, internet vasitəsilə ərizəni doldura bilərik. Mario, mənə kömək edə bilərsən? Bu onun internet saytıdır.

Əlbəttə, ata. Nahardan sonra kompyuterdə işləyərik.

“El Descanso” yaxşı qocalar evidir, bundan əlavə də evə yaxındır – anası deyir və əlavə edir : Mənim iş yoldaşım Anitanın valideynləri də orada yaşayır və çox razıdırlar. Direktor çox dinamik və müasirdir.

Bir neçə həftə sonra, Mario və valideynləri babanı qocalar evinə gətirirlər. Çox müasir və təmiz binadır. Bağdan keçərkən yaşlıları salamlayırlar. Bəziləri gəzişir, bəziləri sadəcə oturub qəzet oxuyur, bəziləri söhbət edirdi. Bir qrup isə petanka 2 oynayırdı. Qış olmasına baxmayaraq , hava günəşli və xoşdur.

Görürsən, ata? Marionun atası babaya deyir. Çox xoşagələn yerdir. Əminəm ki, bura evdən daha yaxşıdır. Bundan əlavə tibb bacıları da var.

Mənim tibb bacılarına ehtiyacım yoxdur, öz əşyalarıma, öz xatirələrimə ehtiyacım var – dediklərinin heç nəyə yaramayacağını bilən baba dilləndi. Bura yaşlılarla doludur.

Atacan, bu ki təbiidir, -oğlu deyir. Hamımız yaşlanacağıq və köməyə ehtiyacımız olacaq. Bax, artıq çatmışıq.

Qış keçir və yaz günlərindən birində qapı döyülür. Qapını Mario açır. Bir yol polisi əməkdaşı anaya deyir ki , həyat yoldaşı avtomobil qəzasına uğrayıb. Xəstəxanadadır , o bir ya iki həftə orada qalmalı olacaq.

Ana xəstəxanaya zəng edir. Həkim ona deyir ki , yoldaşının bir ayağı ağır zədələnib və yaxşı gəzə bilmir. Ana xəstəxanaya gedir və bütün gecəni orada keçirir. Gecə evə qayıdanda Marionu kompyuterin başında görür.

Tapşırıqlarını edirsən? Artıq gecdir.Yatmaq fikrin yoxdur? – deyə soruşur.

Yox, ana , bu ərizəni atam üçün doldururam, -o cavab verir.

Nə ərizə?

Qocalar evi üçün ərizə, -uşaq deyir. Əgər ata gəzə bilmirsə, qocalar evinə ehtiyacı var ,e le deyilmi?

 

1*El descanso-  istirahət

2*Petanka(petanca)- ispanlarda topla oynanılan oyun növü

 

Ispan dilindən tərcümə etdi: Afaq Əzizova

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi | Bir şərh yazın