“Sonuncu yarpaq” O.Henry

henry

Vaşinqton meydanının qərbində dolaşıq küçələri olan, həmin küçələrində “yer” lər adlanan kiçik zolaqlara bölündüyü kiçicik bir qəsəbə var idi. Bu “yer”lər əyriliklər yaradırdı və həmin əyriliklər küçələri bir, iki dəfə yenidən kəsişdirirdi. Bir rəssam bu küçədə maraqlı imkanı aşkar etmişdir. Düşünün ki, rəsm, kağız və kətan üçün pul toplayan kolleksiyaçı qəflətən özünü bir sent belə ödəmədən geri qayıdan görür.
İnsanlar, bu qəribə Qrinviç kəndinə on səkkizinci əsrdə gəzinti üçün gəlmişlər. Sonralar isə, VI Prospektdə qalay qurğuşun qarışıqlı küp və Çefinq qabları ixrac edərək kolonyaya çevrilmişdilər.
Sue və Consinin studiyaları üçmərtəbəli kərpic evin üçüncü mərtəbəsində idi. Onlardan biri Main, digəri isə Kalifroniyadan gəlmişdi. İlk dəfə , may ayında, VIII küçədə yerləşən “Delmoniko”da tanış olmuş və incəsənətdə zövqlərinin kəsişdiyini aşkar edib studiya yaratmağa qərar vermişdilər.
Noyabr ayında bilinməyən, qəribə, soyuq, həkimlərin sətəlcəm adlandırdıqları xəstəlik bütün bölgəyə yayılmışdı və sanki öz buzlu barmaqları ilə hər yerə təsir edirdi. Öz qurbanlarını amansızcasına məhv edən bu xəstəlik köhnə, nəm, dar yerlərdə daha tez yoluxurdu.
Cənab Sətəlcəm sizin bildiyiniz yaşlı cəngavər centlmenlərdən deyil. Kaliforniyanın xəfif küləyi ilə qanı durulaşmış balaca qadin bu qırmızı əlləri olan təngnəfəs qoca səfeh üçün heç də asan ov deyildi. Consi dəmir çarpayısına uzanmış, pəncərədən qarşıdakı kərpic evi seyr edirdi.
Səhər həkim Sueni otağına çağırdı. Əlindəki termometri silkələyərək :
– Onun bircə şansı var. O şans isə özünün yaşamaq istəyidir. İnsanlar yalnız bu yol ilə xəstəliklərə qalib gələ bilərlər və farmakologiyanın nə qədər axmaq olduğunu sübut edə bilərlər. Lakin sənin balaca xanımın artıq belə qərara gəlib ki, o sağala bilməyəcək. Onun ağlında hər hansı bir fikir varmı?
– Bəli, o, bir gün “Napl buxatsı” ın rəsmini çəkmək istəyir.
– Çəkmək? O düşünməyə dəyər bir şey fikirləşə bilmir? Məsələn, hər hansı bir kişi?
-Kişi?- Sue titrək səslə soruşdu. Kişi layiq ola bilər, ancaq hazırda elə bir fikri yoxdur.
Yaxşı, deməli zəifliyi budur- dedi həkim. Mən bütün cəhdlərim boşa çıxana qədər əlimdən gələni edəcəm. Yox, bir halda ki, mənim xəstəm cənazə mərasiminə gələcək avtomobilləri saymağa başlayıb, onda etdiyim müalicənin təsiri 50 faiz aşağı düşəcək. Əgər siz ondan növbəti mövsümün dəbini soruşsanız, əminliklə deyə bilərəm ki, onun sağalma şansı artacaq.
Həkim gedəndən sonra Sue iş otağına keçdi və ağladı. Sonra rəsm taxtası ilə birlikdə Consinin otağına keçdi.
Sue otağa keçəndə Consi üzü pəncərəyə tərəf yorğanın altında fırlanıb dururdu. Sue onun yuxuya getdiyini düşünüb səs etmədi. Qələmini və mürəkkəbini götürüb jurnal üçün şəkil çəkməyə başladı. Gənc rəssamlar həmişə öz sənət yollarında uğurla addımlamaq üçün ilk öncə jurnallara şəkil çəkməklə başlayırlar.
Consi gözlərini açıb pəncərədən çölə baxaraq, geriyə doğru saymağa başladı .
On iki, on bir, on, doqquz, səkkiz, yeddi …
Orada sayılmalı nə var idi? Çölə baxdığında gözə görünən sadəcə boş bir həyət və iyirmi mil aralıdakı kərpic ev idi. Bir də çürümüş kökləri kərpic divara sarılmış üzüm tənəyi var idi. Onun yarpaqlarını isə payızın soyuq nəfəsi gündən günə saraldırdı.
Bu nədir, əzizim?- deyə Sue soruşdu.
– Consi yavaşca pıçıltı ilə – “altı”- dedi. Onlar indi daha sürətlə düşürlər.Təxmini üç gün əvvəl orada yüzə yaxın idi və mən onları çətinliklə saya bilirdim indi isə çox asandır. Onlar bir-bir düşürlər. Artıq beşi qalır.
-Nə beşi?- de görüm Suenə.
-Yarpaqlar. Sonuncu yarpaq düşəndə , mən getməliyəm. Artıq üç gündür ki, mən bunu bilirəm. Bu haqda həkim heç nə deməyib?
Sue şikayətləndi:
-Mən hələ belə cəfəngiyyat eşitməmişəm. Köhnə üzüm yarpaqlarının sənin sağalmağın ilə nə əlaqəsi ola bilər?! Axmaq olma, Consi. Bu gün səhər həkim mənə tezliklə sağalacağını dedi. İndi isə çalış bulyon içəsən, Suenə də icazə ver ki, çəkdiyi rəsmi tamamlayıb satsın və balaca xəstəsi üçün bir az şərab və donuz əti alsın.
Consi pəncərədən baxaraq dedi :
– Şərab almağa ehtiyac yoxdur. Odur bir yarpaq daha düşdü. Mən bulyon istəmirəm. Artıq dördü qalıb. Qaranlıq olmadan mən sonuncu yarpağın da düşdüyünü görmək istəyirəm. O zaman mən də sonuncu yarpaqla birlikdə öləcəyəm.
-Consi, əzizim, mən bu rəsmi bitirənə qədər gözlərini açmayacağına söz verərsən? Mən bu rəsmi sabaha qədər bitirməliyəm. Mən işığı yandırmalıyam əks halda qaranlıqda etməli olacağam.
Sən onu başqa otaqda çəkə bilmərsən? – deyə Consi soruşdu.
Burada səninlə qalmağı üstün tuturam- Sue dedi. Bunda əlavə , mən sənin axmaqcasına üzüm yarpaqlarına baxmağını istəmirəm.
İşini bitirən kimi mənə xəbər et, Sue, çünki mən sonuncu yarpağın düşdüyünü görmək istəyirəm. Artıq mən gözləməkdən və düşünməkdən yorulmuşam. Özümü o yorulmuş yarpaqlar kimi boşluğa buraxmaq istəyirəm.
Yatmağa çalış ,Consi. Mən bir azdan Qoca Brehmanı modellik üçün çağıracağam.
Qoca Brehman onlardan bir mərtəbə aşağıda qalan rəssam idi. O, təxmini altmış yaşlarında, sənət yollarında hələ də uğur qazana bilməmiş bir insan idi. Həmişə “şah əsər”ini yaratmaq fikrində olmuş, lakin heç vaxt onu etməyə cəhd göstərməmişdir. Ömrünün bir neçə ilini isə reklamlar, elanlar üçün rəngkarlıq edərək keçirmişdir. Sonralar isə bölgədə yaşayan, peşəkar modellərə pulu çatmayan gənc rəssamlar üçün modellik etmişdir. İndi isə içki içir və yenə də çəkə bilmədiyi “şah əsər”indən danışır.
Sue onu ardıc giləmeyvəsini qoxlayarkən gördü. Otağının küncündəki rəssam ştativinin üzərindəki kətan parça sanki hələ də iyirmi beş illik şah əsəri gözləyirdi.
Sue ona Consinun xülyasını və həqiqətən, onun bundan necə qorxduğunu danışdı. Qoca Brehman rişxənd və nifrət dolu baxışlarla qışqırmağa başladı.
-Mən belə cəfəngiyyat eşitməmişəm. Sən niyə onun beyninə belə axmaq fikrin gəlməsinə icazə vermisən?!
-O, xəstədir və çox zəifdir- deyə Sue cavab verdi. Hərarət onda xəstəlik və beynində bir sıra cavabsız suallar buraxmışdır.
Cənab Brehman, əgər kömək etmək istəmirsinizsə bunu etməyə məcbur deyilsiniz. Mən sizin yüngülxasiyyət biri olduğunuzu düşünürdüm.
Kim dedi ki, mən sizə kömək etməyəcəyəm? Otuz dəqiqədir ki, mən deməyə çalışıram sənə kömək edəcəyəm.
Onlar üst mərtəbəyə qalxanda Consi yatırdı. Sue pəncərənin pərdəsini aşağı çəkdi və Brehmana digər otağa keçməsini işarə etdi. İndi onlar tənəyin üzərindən otağa baxırdılar. Bir neçə dəqiqə onlar dinməzcə bir birinə baxdılar. Qar ilə qarışmış, dayanılmaz, soyuq yağış yağırdı. Brehman özünün köhnə, göy köynəyində tərki-dünya şaxtaçısı formasını aldı.
Bir saatlıq yuxudan sonra artıq səhər açılmışdı və Sue yuxudan oyananda Consini yaşıl çalalara baxan gördü.
O, pıçılti ilə :
-Bunu qaldır. Mən görmək istəyirəm.
Sue yorğun halda dedi:
-Bax! Şiddətli yağışdan sonra orada hələdə bir yarpaq qalıb. Bu, üzümün sonuncu yarpağıdır.
Consi dedi:
Mən belə düşünmüşdüm ki, gecə ərzində sonuncu yarpaq da düşəcək. Mən küləyin səsini eşidirdim. Sonuncu yarpaq da bu gün düşəcək və mən də o yarpaq ilə birlikdə öləcəyəm.
Bir gün daha keçdi. Şimal küləyinin əsməsinə, güclü yağışın yağmasına baxmayaraq, sanki sonuncu yarpaq hələ də düşməməkdə qərarlı idi.
Consi Suenin yanına gedib dedi:
– Mən pis qızam və buna görə də hər hansi bir qüvvə o yarpağən düşməsinə mane olur ki, mənə necə qorxunc biri olduğumu göstərsin. Sue mənə bulyon və bir az süd gətir. Sonra yastığımi düzəlt, sən yemək hazırlayarkən səni seyr etmək istəyirəm.
Sue, mən ümid edirəmki, bir gün “Napl buxtası”nı çəkə biləcəm.
Günorta həkim gələndə, Sue bir bəhanə ilə onu dəhlizə apardı.
Həkim :
– Artıq sağalmağa doğru gedir. Yaxşı xidmət etsən, sağalacaq. İndi isə mən digər xəstəmin yanına getməliyəm. Brehman, rəssamdır və o da sətəlcəmdir. Onun heç bir ümidi yoxdur, lakin günaşırı xəstəxanaya yoxlanışa gedir.
Növbəti gün həkim Sueni yanına çağırəb dedi:
Artıq təhlükə ondan sovuşub, siz qalib gəldiniz. Yaxşı qidalanma və qayğı-sadəcə bunlar.
Günorta Sue Consinin yanına gəlib dedi:
Cənab Brehman bu gun xəstəxanada sətəlcəmdən vəfat edib. O yalnız iki gün idi xəstə imiş. Birinci gün qapıçı onu köməksiz vəziyyətdə pilləkənlərdə tapıb. Onun paltarları və ayaqqabısı su içindəymiş. Heç kim təsəvvür edə bilmir ki, dəhşətli gecədə o harada olub. Onun əlində fanar, yanında nərdivan, yaşıl və sarı rəngləri qarışmış palitra tapıblar. Sözlərini bitirəndən sonra Sue Consiyə yaxınlaşıb dedi:
– Consi, pəncərədən çölə bax. Sən heç düşündünmü ki, niyə o gecə küləkli , tufanlı havaya baxmayaraq sonuncu yarpaq heç yerindən belə tərpənməyib? Ah, əzizim Consi, o sonuncu yarpaq, Cənab Brehmanın illərdən bəri çəkməyə çalışdığı “şah əsər” dir. Brehman, onu həmin dəhşətli gecədə sonuncu yarpaq düşəndə edib.

Tərcümə etdi: Kərimli Nərmin

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi | 5 Şərh