1. Maison Moschino, Milan, İtaliya
“ Alisa möcüzələr diyarında” əsərinin mövzusu əsasında dizayn olunmuş otel özündə müasirliyi də təcəssüm etdirir.
2. Le Pavillon des Lettres, Paris, Fransa
26 otaqlı oteldə hər otaq bir hərf ilə işarələnmişdir. Bu hərflər isə hansısa bir yazarın adının baş hərfini bildirir. Məsələn, “Z” otağı Zolya Emilin şərəfinə adlandırılmışdır.
3. The Library Hotel ( Kitabxana otel), Nyu York
Kitabxana kimi dizayn edilmiş bu otelin hər mərtəbəsi istənilən kitabxanada olduğu kimi hansısa bir mövzunu özündə əks etdirir. Mərtəbələr tarix, fəlsəfə, ədəbiyyat kimi müxtəlif mövzuları özündə təcəssüm etdirir.
4. Radisson Sonya Hotel, Sankt-Peterburq, Rusiya
Dostoyevskinin romanlarından, xüsusi ilə “ Cinayət və Cəza” romanından bəhrələnərək dizayn olunmuşdur.
5. The Hobbit Motel, Vudlayn Parkıç Vaitomo, Yeni Zelandiya
Con Tolkinin “ Hobbit” əsəri əsasında dizayn olunmuşdur.
6. The Roi des Belges, London, İngiltərə
Jozef Konradın “ Qaranlığın ürəyi” adlı kitabı əsasında dizayn olunmuşdur.
7. The Sylvia Beach Hotel, Oreqon
Televizor, radio və internet kimi kommunikasiya vasitələrinin olmadığı otelin otaqları klassik, bestseller və romanlar kimi növlərə bölünür. Ən bahalı nömrələr isə klassik otaqlardır.
8. Hôtel de Glace, Kanada
Hər qış yenidən tikilən bu otel Julies Vernenin “ Dünyanın mərkəzinə səyahət” adlı kitabından ilhamlanaraq hazırlanmışdır.
9. Inn BoonsBoro, Frederik, Meriland
Yazıçı Nora Robertsə məxsus otelin dizaynı həyatları “ xoşbəxt sonluq” ilə bitən bədii cütlüklərdən götürülmüşdür.
10. Heminquey Hotels and Resorts
Bu yaz açılacağı gözlənilən otel Heminqeyin həyat və yaradıcılığını özündə əks etdirəcək.