“Kommunizm, Kilsə və Dövlət” A.K.Voronski 1918

A.K.Voronski

“Təkcə Moskvada 40-a qədər kilsə var. Nə qədəri isə bütün Rusiyada. Bəs onlar kim üçün ibadət edir? Öz sahibləri üçün.

A. Budişçevin hekayələrindən

Kommunizm təkcə sosial və siyasi təlim deyil. Kommunizm, ilk əvvəl ümumbəşəridir və əsasları dunyagörüşü və fəlsəfəylə tamamlanır. Buna görə də kommunizm dini fəlsəfəylə kəskin şəkildə toqquşur.
Kommunizm və din bir-birinin əksi olan iki ayrı qütblərdir. Onlar bir-biriylə əbədi məhkumdurlar.

Hər bir dini fəlsəfə, insanın qorxu hissləri və ətrafındakı kölə tabeçiliyi ilə əlaqədar təbiət və cəmiyyət elementlərinin insanda formalaşdırdığı ağalıq hisslərinə əsaslanır.

Kommunizm və elmi kommunizm isə təbiət və ətraf mühitin insana olan şüursuz gücündən və kor-koranə tabeçilik hissindən azad olmaq hisslərinə əsaslanır.

Ətrafındakılar tərəfindən idarə edilən din adamı onu əhatə edənləri izah etməyə cürət etmir. O ancaq danışmağa, tövbələrə baxmağa başlayır və qorxulu və izaholunmaz hadisəni yozmağa çalışır.

Özunü kölə asılılığı hissindən xilas edən adam isə izah etməyə və həm təbiətdən, həm də cəmiyyətdən yararlanmağa çalışır.
Din mütəq, son və şübhə yeri buraxmayan cavablar verir. Onları eşidəndən sonra yerdə sual verməyə və araşdırmağa heç nə saxlamır.

Digər elmlər kimi kommunizm isə araşdırmağa həddsiz fikirlər verir; elm kimi o da tükənən və son cavablar, mütləq həqiqətlər vermir, həqiqətə yaxın olanları verir. Dinin ürəyi mözcüzədi. Möcüzələrsiz din mövcud deyil.

Kommunizmin ürəyi isə hadisənin qanuni inkişafının, qanuni ardıcıllığının qiymətləndirilməsidir. Əxlaq qaydaları toplusuna görə din və xüsusilə də, Xristianlıq kiminsə öz qonşusuna moizə oxumağa olan sevgisidir. Ancaq, bu sevgi mücərrəd, qansız və ətsiz sevgidi. Bu Allah üçün və Allah uğrunda sevgidir. Eyni zamanda hamı üçün eyni olan sevgidi. Və bu sevgi hamıya payalanandan bəri insanlara laqeyd yanaşılıb; zirvədə həmişə soyuq olur. Dini sevgi real canlı insanlara soyuq və laqeyddir. Buna görə də, o öz yerini ancaq qonşularının əzablarına biganə olan adamların ürəyində tapır.

Kommunizm insanların həmrəyliyini təbliğ edir. Ancaq o bu hissləri ət və qanda saxlayır, bu hisslər yer kürəsi , həyatın mənası yaranan gündən meydana gəlir. Onlar konkretdilər. Bu hisslər zülmkarlara məzlumların nifrətini və həmrəyliyini əhatə edir. Böyük sevgilər böyük nifrətlər yaradır. Kim ki, məhdud tərzdə müəyyən qrupa, təbəqəyə və ya sinfə mənsubdu, o özunə düşmən olan digərlərinə nifrət edəcək.
Əgər onların bir çox fundamental aspektlərində kommunizm və din arasındakı münasibətlər dayanırsa, o zaman proletar dövlətə ən çox düşmənçilik bəsləyən, bu yaxınlara qədər dövləti idarə edən kilsədir. Kilsə həmişə ən dəqiq və uyğun şəkildə köləlik aləti olub və olmaqda davam edir. O öz tonqalları ilə inkvizasiyanın ən qaranlıq dövrlərini müqəddəsləşdirib; azad insan düşüncəsini təqib edib; insanların tiryəki olub və ən axmaq müharibələri və insanın insan tərəfindən köləyə çevrilməsini bağışlayıb və xeyir-dua verib.

Xüsusilə də, burda – Rusiyada. Qərbdə inqilabi bujuaziya feodalizmə qarşı müharibə apararaq eyni zamanda dini tabletləri darmadağın etmişdi. Burjuaziya Volteri, Diderotu, Holbax və Feyerbaxı yaratdı. Rusiyada isə heç vaxt dini fetişlərə qarşı mübarizədə qəddar və cəsarətli ola biləcək inqilabi burjuaziya olmadı. Bundan başqa xırda burjua dövləti Rusiya, milyonlarla unudulmuş və tapdalanmış insanlar ən sadə təbiət qüvvələri ilə hökmranlıq etməklə həmişə kilsənin məhsuldar torpağı kimi xidmət göstəriblər. Buna görə də, heç bir ardıcıl və səmimi sosialist kilsənin hökmranlığına qarşı daha güclü mübarizədən boyun qaçıra bilməz və buna haqqı da yoxdu.

Dini xurafata qarşı, öz ali ordenləri və “çobanları” ilə birgə kilsəyə qarşı döyüş hər bir inqilabçı sosialistin ən başlıca vəzifəsidir.
Ancaq bu mübarizə məharətlə və diqqətlə aparılmalıdır. Dini dünyagörüş neçə əsrlər və minilliklər ərzində yaranıb. Uzun müddət mövcud ğ olan sosial ədalətsizlik, cahillik, insanın təbiət və cəmiyyət elementlərindən asılılığı bu və ya digər formada bundan sonra da olacaq. Mübarizə ideoloji olmalıdı və heç bir halda bu hüdudları pozmamalıdı. Biz kommunistlər desək ki, kommunzim dinlə düşmən deyil, riyakarlıq etmiş olarıq. Biz heç vaxt bunu deməyəcəyik, buna görə də biz heç vaxt riyakar və siyasi nökərlər olmamışıq və olmayacağıq da. Ancaq biz ideoloji mübarizələrin və konfliktlərin hüdudları arxasında addımlasaq, daha çox kobud səhvlərə yol verməyəcəyikmi? Insanlar etiraz edəcək ki, əgər kilsə ilə dövlət ayrılsa, bu halda nə olacaq?

Dövlətlə kilsənin ayrılması çarizmin hakimyyəti altında idarə olunan kilsəyə amansız və çarəsiz zərbədir. Ancaq mahiyyətcə, bu sadəcə sosial ədalət rəftarıdır. Biz Ortodoks kilsəsinə, Buddizm, Katolisizm və ya başqa bütün dinlər üzərində müstəsna hüquq verə bilmərik.

Kilsənin və dövlətin ayrılması məcbur edir ki, kilsə, öz könüllü üzvləri ilə və onların öz şəxsi mülahizələri ilə yaşayan ayrıca dini cəmiyyət olsun. Ancaq bunu əlavə edək. Bu meyar bundan artıq başqa bir şeyə aid deyil. Bu qeyri-qanuni şəkildə çarizmin hakimiyyəti altında olmaqdan məmnunluq duyan ruhaniləri sahib olduqları iqtisadi qüdrətdən məhrum edir, ancaq bu meyar dini sistem seçimi azadlığına heç bir təsir göstərməyəcək.

Bizim düşmənlərimiz tez-tez bu fikri başqaları ilə qarışdırırlar və kilsə ilə dövlətin ayrılmasını dini ifadə azadlığına həmlə kimi təqdim edirlər. Amma əksinə, imtiyazları aradan qaldıran bu meyar, din seçimində əsl azadlığa qayıdışdır. Biz əks-inqilabi fəaliyyətinə görə keşişlərə qarşı vuruşuruq, onların Allaha olan inancina görə yox. Biz diktatorluq dövrü davam edənə qədər bu mübarizədən əl çəkməyəcəyik. Əgər ruhanilər “bu dünyanın güclü” tərəfini saxlayırsa bu bizim günahımız deyil.
Əsl dini ifadə azadlığına qayıtdıqda isə biz öz mübarizəmizi ideoloji formalar çərçivəsində dünyagörüşümüzün və fikirlərimizin qalib gəlməsi üçün aparmalıyıq və aparacağıq. Bizim mövqeyimiz bundan ibarətdir.

Tərcümə etdi: Günel Təhməzzadə

Kitab kateqoriyasına göndərildi | Etiketləndi , | Bir şərh yazın