Paulo Koelyodan on aforizm

Paulo-Coelho-480x345

1. ” Düşmən yalnız ve yalnız gücümüzü sınamaq üçün bir bəhanədir”

2. “Siz yuxunuzun yozulmağını istəyirsiz?”,yaşlı qadın dedi, “Və yuxular Tanrının dilidir.O, doğma dildə danışırsa, mən tərcümə edə bilərəm, yox, əgər, ruhun diliylə danişırsa, bunu yalnız siz başa düşə bilərsiz”

3. “Məğlubiyyət mövcuddur, lakin, əzab vermir.Əsl döyüşçü bilir ki, döyüşdə məğlub olmaq hər şeyin sonu demək deyil, əksinə o qılıncla daha yaxşı döyüşə biləcək. Növbəti dəfə isə o daha yaxşı çıxış edəcək”

4. “Ağıllı adamlar ona görə ağıllıdırlar ki, onlar sadəcə sevirlər. Axmaqlar isə sevgini başa düşəcəklərini zənn etdikləri üçün axmaqdırlar”

5. “Siyasət, işğallar, nəzəriyyələr və müharibələr mövcud olduğu müddətdə tarix dəyişməyəcək.Dünya yaranandan belə gəlib, belə də gedəcək.Tarix o zaman dəyişəcək ki, insanlar külək, atom, dənizlər kimi sevginin də gücündən istifadə edəcəklər”

6. “Ən gözəl an ‘hə’ və yaxud ‘yox’ cavabının bütün həyatımızı dəyişə bildiyi andır”

7. “Fərqi yoxdur, üçüncü yoxsa yüzüncü mərtəbədən yıxılacaqsan, hər iki halda əziləcəksən. Əgər yıxılacamsa, qoy, elə hündürdən yıxılım”

8. “Mən nə keçmişlə, nə də gələcəklə yaşayıram. Mən sadəcə bu günüm barədə düşünürəm. Əgər siz bütün fikrinizi mövcud olduğunuz zamana yönəltsəniz, xoşbəxt bir insan kimi yaşayacaqsız, həyatınız sizin üçün əyləncə və şənliklərdən ibarət olacaq, çünki həyat yaşadığımız andır”

9. “İnsanların xoşbəxtliyi dərk etməkdə aciz olduğu anlar da var həyatda”

10. “Məğlub olduğumuz döyüşlər də daxil olmaqla həyatımızdakı bütün çətinliklər bizə nələrisə öyrətməyə çalışır”

 

Tərcümə etdi: Günay Kərim

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi , , , , | Bir şərh yazın