Zadie Smith-Yazmağın on qaydası

zadie-smith

Britaniyalı esseist,roman və qısa hekayələr yazarı Zadie Smith 1975-ci il oktyabr ayının 25-də Londonda anadan olmuşdur. 2012-ci ildə çox mühüm tənqid və təriflərə məruz qalan 4 roman nəşr etmişdir.2003-cü ildə o, 20 ən yaxşı gənc yazıçılardan ibarət “Qranta” siyahısına, daha sonra sonra isə 2013-cü il siyahısına daxil edilmişdir.O,2010-cu il sentyabrın 1-də fəxri professor kimi Nyu York universitetinin Yaradıcı Yazı proqramına qoşulmuşdur.Smith 2006-cı ildə Belletristika üzrə “Narıncı “ Mükafatına layiq görülmüşdür. Onun “Ağ dişlər” romanı Zaman jurnalında 1923-cü ildən 2005-ci ilə qədər 100 ən yaxsı İngilis romanları siyahısına daxil edilmişdir.

Zadie Smithdən yaxşı yazmağın 10 qaydasını sizə təqdim edirik:

1)Hələ uşaq yaşlarından çoxlu kitab oxumağa başlayın.Heç bir şeyə sərf etmədiyiniz vaxtı kitab oxumağa sərf edin.

2)Biraz böyüdükdən sonra isə öz yazılarınızı bir başqası oxuyurmuş kimi oxuyun və hətta daha yaxşı olar ki, bir düşmən gözü ilə baxın yazılarınıza.

3)Hisslərinizi öz işinizlə qarışdırmayın.

4)Zəifliyin daşını atın ve şübhələrinizi nifrətlə ört-basdır etməyin.

5)Yazınızla redaktəniz arasında kifayət qədər vaxt məhdudiyyəti qoyun.

6)Dəstələrdən, qruplardan uzaq durmağa çalışın.Ətrafınızda çox adamın olması sizin yazınıza müsbət təsir göstərməyəcək, əksinə daha pis nəticə verəcək.

7)Daima internetə qoşulu olan bir komputerdə işinizi görün.

8)Yazı yazdığınız zamanı və məkanı düzgün seçin.Yazı yazarkən sizə ən yaxın olan bir insana belə sizi narahat etməsinə icazə verməyin.

9)Dəyərlərinizi nailiyyətlərinizlə qarışdırmayın.

10)Nə olur olsun hər zaman həqiqəti söyləyin.

 

Tərcümə etdi: Günay Kərim

 

Kitab, Məlumat, Uncategorized kateqoriyasına göndərildi | Etiketləndi , , , , , , | Bir şərh yazın