1.Meymunların Tarzanı- Edgar Rice Burroughs
Cayn ilə qanunsuz yaşadığı üçün Tərzan bəzi ABŞ məktəblərində qadağan olunmuşdur -bu, Edgar Rays Burrogşun valideynlərinin vəfatından sonra meymunlar tərəfindən tərbiyə edilən oğlan haqqında olan hekayəsidir. Bu roman uğur əldə etdi, haqqında film çəkildi və adaptdə olunaraq cizgi-roman şəklində çap edildi.
2.Tintin Kongoda- Herge
Onu irqçilikdə ittiham edənlərə qarşı çıxan Herge sadəcə dövrün əsl müstəmləkə düşüncə tərzini təcəssüm etdirdiyini iddia edirdi. Lakin əsərdə afrikalı obrazlar həddindən artıq avam və fiziognomik görnürdülər. Kitabın illər sonra yenidən nəşr edilməsinə baxmayaraq,kitab mağazalarında və kitabxanlarda hələ də çətinliklə tapılır.
3.İnsan haqları- Tomas Pain
“ İnsan haqları” təklif edir ki, dövlətin əhalisini, onların təbii hüquqlarını, milli maraqlarını qorumağa gücü olmayanda, siyasi inqilab etmək ağılabatandır.
Bu ideyanın müəllifi, Böyük Britaniyadakı qadağadan sonra Fransa inqilabına dəstək olduğu üçün həbs edildi. Dekabirstlər inqilabından sonra isə əsər Rusiyada qadağan olundu.
4.Yüz ilin tənhalığı-Qabriel Qarsiya Markes
“Yüz ilin tənhalığı” əsəri Buendia ailəsinin tarixi timsalında əfsanəvi Makondo şəhərindəki dirçəliş və süqut, ölüm və həyatdan bəhs edir.Əsər ədəbiyyat üzrə Nobel mükafatı qazansa da, ABŞ-dakı bir çox məktəb onu öz tədris planından çıxardıb.
5. Çevrilmə -Frans Kafka
“ Çevrilmə” həm Sovet rejimi, həm də Nasizm tərəfindən qadağan olunmuş əsərdir. Kafkanın hekayəsində gecəyarısı nəhəng həşərata çevrilən, ailəsinə utanc hissi verən, öz doğma evindən kənarlaşan, tamamilə yadlaşan bir adamdan danışılır. Əsər həm dekadent, həm də ümidsizliyə səbəb hesab olunaraq Sovet imperiyasında qadağan olunmuşdu.
6.Çərpələng uçuran-Xalid Hüseyni
Əfqanıstandakı çaxnaşma dövründə boya-başa çatmış gənclərin taleyindən, müsəlman ölkəsində baş verən uşaq zorakılığı, təcavüz, Nasizm, Sadizmdən bəhs edən, yaxşı dil üslubu olan bu əsər mübahisə yaradıb. Xüsusi əfqan etnik qrupundan olan xarakterlərin təsviri irqi zorakılığa səbəb olmasın deyə filmdə dəyişikliklər edilib.
7. Əlvida, silah – Ernest Heminquey
Bu, Heminqueyin ən kədərli yarım-avtobioqrafik romanıdır və Birinci Dünya Müharibəsində italyan hərbi əməliyyatları zamanı baş verən hadisələri əks etdirir. Yazıçının dilçilik və seksual xarakterlilik baxımdan açıqlığı Bostondakı “Scribner” jurnalında əsərin ilk nəşrinin qadağan olunmasına səbəb olmuşdu.
8. Tom Soyerin macəraları – Mark Tven
Bu kitab Hukleberri ilə yanaşı, radikal tipli ifadələrin istifadəsinə görə də polemikalara cəlb olunub.Əsər, əslində, Missisipi çayı sahilində böyüyüb boya-başa çatan cavan bir oğlan haqqındadır və bu roman, nəinki, bu gün də mövcud olan mühüm irqi ayrıseçkilik məsələlərini qaldırdı, üstəlik müasir Amerika nəqletmə üsulunu inqilabiləşdirdi.
9. Ulisses– Cems Cons
“Ulisses”in baş qəhrəmanı Liopold Bum adi bir gündə – 16 iyun 1904-cü ildə Dublin ətrafında təsvir edilir. Bu, 20-ci əsrin ən böyük ingilis dilli romanlarından biri hesab olunur və Böyük Britaniyada 1930-cu illərə qədər əxlaqsızlıq təbliği səbəb ilə qadağan olunmuşdu.
10. Da Vinçi Şifrəsi – Den Braun
2003-cü ildən bəri bir daşın altında yaşamış olsaydınız, “Da Vinçi Şifrəsi” kimi bir xariqəni əldən qaçırmış olardınız. Sirli detektiv roman simvoloqlar ( tarixi rəmz və simvollardan bəhs edən xəyalı elm sahəsi) Robert Langdon və Sofi Nevunun Luvrda bir qətl hadisəsinin tədqiqi ilə məşğul olması və burada Sion təriqəti ( min ilik tarixə malik gizli siyasi və dini təşkilat) və “Tanrı işi” ( əsası 1828-də Madriddə qoyulmuş dini təşkilat) təşkilatı arasında İsa Məsih Nazaretlinin Məryəm Maqdalena ilə evliliyinin mümükün olub-olmaması barədə gedən döyüşün şahidi olmasından bəhs edir. Kitab tarixi və elmi cəhətdən təhriflərə yol verildiyi üçün tənqidlərə məruz qalmışdır. Kitab eyni zamanda Roman katolik kilsəsinə bir həmlə kimi xristian məzhəblərinin qınaq obyektinə çevrilmişdir və Livandakı xristian dini rəhbərləri kitaba qadağa qoymaq kimi daha ciddi tədbirlər görmüşdü.
11. Heyvanıstan –Corc Oruel
Kitab çox təsirli şəkildə demokratiya və söz azadlığının əhəmiyyətini təsvir edir. Kitabda bəhs edilənlər elə bu günün özündə də mövcud olan korrupsiya və baş tutmayan fəhlə inqiliabındakı yalnış informasya ilə üst-üstə düşür.1940-cı illərdə müttəfiq qüvvələr SSRİ üçün tənqidi xarakter daşıdığı qənaətinə gəldi və kitabın müharibə dövründə çapı olduqca mübahisəli qarşılandı. “Heyvanıstan” tamaşası 1991ci ildə Kenyada da korrupsiya liderlərini tənqid etdiyindən qadağalara məruz qaldı. 2002-də isə BƏƏ məktəblərində kitaba qadağa qoyuldu.
12. Alisa Möcüzələr ölkəsində- Luis Kerroll
Əsər Çinin Hunan vilayətində heyvanları insanlarla bir səviyyədə tutduğu üçün qadağan olunmuşdur (1931).” Kitab çox tanınmış və sevilən bir klassika nümunəsidir.Hər hansı bir uşaq kitabı qadağan olunsaydı, mən bu kitabı seçərdim, çünki kitab insanları söz azadlığı və senzura ilə bağlı ideyalar haqqında düşünməyə vadar edir.” Ruts, Şimali Yorkşir.