Vegeterian olduqdan sonra Kafka Berlin Akvariumuna getmiş,su sisternlərinin qarşısında dayanıb balıqlara baxaraq yüksək səslə demişdi :“Nəhayət mən sizə sülh içində baxa bilərəm. Artıq sizi yemirəm”.
Kafkanın ailəsində 6 uşaq olmasına baxmayaraq,onlardan heç biri uzun ömür sürə bilməmişdi.Fransın 2 qardaşı körpə ikən vəfat etdi. 3 gənc bacısı Holokost (almanların yəhudilərə etdikləri faciənin ümumi adı) zamanı Lodz və Auşvitz konslagerində qətlə yetirildi.
Burada Kafkanın həmin illərdə İşçilərin Qəza Sığortası İnistutunda işlədiyi müddət üçün səciyyəvi olan gündəlik cədvəli verilmişdir. Kafka səhər 9:30-dan günorta 2:30-a kimi iş masasının arxasında əyləşərdi. O, saat 3:30-a kimi qəlyanaltısını edər, 7:30-a kimi yuxusunu alar,məşq edər və sonra da ailəsilə birlikdə nahar edərdi. Yazmağa axşam saat 11 radələrində başlar və özünün dediyi kimi gücündən,həvəsindən asılı olaraq saat 1,2 yaxud 3-ə kimi, hətta bir dəfə səhər 6-ya kimi yazmağa davam etmişdi. Səhər yenidən ofisdə işə başlamazdan əvvəl hər cür təsəvvürlə yuxuya getmək üçün səy göstərərdi
Kommunist rejimi dövründə Kafkaya əsərlərini öz doğma praqa dilində yazmaq qadağan edilmişdi. Bu qadağa 1989-cu ildə götürüldü.
Yazıçının adına asteroid var. 1983-cü ildə kəşf olunub və 3412 Kafka (Kafka adlı asteroid) hər 523 gündən bir Yer kürəsindən keçir.
Kafkanın 1912-ci il sentyabrın 12-də yazmış olduğu qısa hekayəsi “Hökm” onun yaradıcılığında bir partlayış oldu.
Tədqiqatçılar Oksfordun Bodleyn kitabxanasında Kafkanın məqalələrini gözdən keçirərkən təsadüfən onun başgicəlləndirici, kifayət qədər geniş pornolarına rast gəlirlər. Bəli,Kafka belə şuluq jurnallardan həzz alırdı. O, kolleksiyasını valideynlərinin evində kilidli bir kabinetdə saxlayırdı və nə zaman məzuniyyətə çıxsa, açarı özü ilə götürürdü.