Mark Tven-Bir Kaliforniyalının hekayəsi

twain

Gəncikən Kaliforniyaya qızıl axtarışına getmişdim. Mənim heç vaxt varlı olacaq qədər pulum olmayıb. Orada diyarın “Stanislau” adlanan ən gözəl bölgəsini kəşf etdim. Bura insana yer üzündəki cənnəti xatırladırdı. Xəfif küləklərin ağaclara toxunduğu yerlərdə qalın meşəlik və yaşıl təpəliklər var idi.

Stanislauya məndən illər əvvəl, qızıl axtarmaq məqsədi ilə insanlar gəlibmiş. Onlar burada bankları, məktəbləri, mağazaları olan kiçicik bir şəhər salmışlar. Həmçinin, ailələri üçün evlər də tikmişlər.

İlk zamanlar onlar Stanislaunun təpəciklərindən qızıl tapa bilsələr də, soralar bu uğur çox çəkmədi  . Bir neçə il sonra isə qızıl yoxa çıxdı. Mən Stanislauya çatanda artıq orada məskunlaşan insanlar da yoxa çıxmışdılar. İndi küçələri otlar basmış, evlərin üzərini isə vəhşi qızılgül kolları sarımışdı.

Bir kişi kiçik bir evin qarşısında dayanmış, mənə baxıb gülümsəyi “Bu evin üzərini diyardakı digər evlərdən fərqli olaraq, vəhşi qızılgül kolları örtməmişdi. Evin qarşısında sevimli, xudmani bağça var idi və orada mavi, sarı güllər əkilmişdi. Xəfif yay küləyi isə pəncərələrdən asılmış ağ pərdələri yellədirdi.

Kişi qapını açdı və məni içəri dəvət etdi. İcəri girəndə gözlərimə inana bilmədim. Mən həftələrlə şaxtaçıların düşərgəsində digər qızıl axtaranlar ilə birgə yaşamışdım. Biz bərk yerdə yatır, soyuq  metal qablarda konservləşdirilmiş soyuq lobya yeyir və bütün günümüzü qızıl axtarmaqla keçirirdik.

Ancaq bu kiçicik evdə sanki ruhum yenidən həyata qayıtdı.

Taxta döşəmənin üzərinə xalça sərilmiş, divarlardan isə şəkillər asılmışdı. Stolların üzərində güllərlə dolu çini qablar və kitablar var idi. Bu evi ev edən bir qadın əli olmuşdur.

Qəlbimdaki sevinc hissi sanki üzümdə əks olunurdu. Kişi bunu hiss edib gülümsəyərək dedi:

– Bəli, bütün bunları o edib. Onun əlləri bu otaqdakı hər şeyə toxunub.

Divardakı rəsmlərdən biri yerinə düzgün asılmamışdı. Kişi bunu görüb düzəltdi və bir neçə dəfə arxaya çəkilib yerinin düz olub-olmadığını yoxladı.

–         “O, həmişə otağı səliqəyə salır”- deyərək gülümsədi.

Kişi danışarkən üzündəki ifadədən mən belə hiss etdim ki, o mənim otaqda başqa bir şeyə də fikir verməyimi istəyir. Ətrafa göz gəzdirdim. Gözlərim otağın küncünə sataşanda, o əllərini bir- birinə vuraraq sevinclə gülməyə başladı.

“Bu odur”- deyə o qışqırdı. Sən onu tapdın. Mən bilirdim ki, sən bunu edəcəksən. Bu onun şəklidir. Mən şəkli əlimə aldım. Həyatımda gördüyüm ən gözəl qadın rəsmi idi. Qadının üzündə həyatım boyu görmədiyim şirinlik və mülayimlik var idi.

Adam rəsmi əlimdən aldı və diqqətlə ona baxdı.

-“Biz evlənəndə, onun on doqquz yaşı var idi. Sən onu görəndə… gözlə, sən onunla tanış olacaqsan.

-O indi haradadır?-  deyə mən soruşdum.

-“İndi burada deyil”- o köksünü ötürərək dedi və şəkili rəfə qoydu. O, buradan təxmini 40-50 mil uzaqlıqda qalan valideynlərini ziyarətə gedib. Bu gün gedişindən iki həftə keçir.

-Nə vaxt geri qayıdacaq?- deyə mən soruşdum. Kişi alçaq səslə dedi:

-Bu gün çərşənbədir. O isə şənbə günü axşam qayıdacaq.

Mən təəssüflənərək:- “Axı Şənbə günü gedəcəyəm” dedim.

–         Getmək? Xeyir! Gərək  gedəsən? Getmə. O pis olacaq. Gördüyün kimi, o insanlarla tanış olmağı çox sevir.

Mən qətiyyətlə: “ Xeyir, mən getməliyəm”- dedim.

Adam şəkili yenidən yuxarıya qaldırdı və mənim gözlərimin önünə gətirərək dedi:

–         Indi onun üzünə baxaraq de ki, sən onunla görüşmək üçün qalmalı idin, ancaq gedirsən.

Mən şəkilə ikinci dəfə baxanda sanki bir qüvvə fikrimi deyişməyimə təsir etdi və mən qalmağı qərara aldım.

Adam mənə adının Henri olduğunu dedi. Həmin axşam Henri və mən müxtəlif şeylər haqqqında, əsasən də onun haqqında danışdıq.

Növbəti gün də beləcə keçdi. Cümə axşamı bizim qonağımız var idi. O, Tom adında boz saçlı bir şaxtaçı idi.

–         “Mən sadəcə bir neçə dəqiqəliyə onun evə ne vaxt gələcəyini soruşmaq üçün gəlmişdim”- deyə Tom izah etdi. “Yeni xəbər var?”

–         “Bəli”- adam cavab verdi. Məndə məktub var. Dinləmək istəyərsən? O, cibindən məktubu çıxardı və bizə oxumağa başladı. Bu, Henriyə və başqalarına- yaxınlara, qonşulara yazılmış sevgi dolu məktub idi. Adam məktubu oxuyub qurtarandan sonra dostunun üzünə baxdı.

“Yox, sən yenə eyni şeyi təkrar edirsən, Tom. Mən nə vaxt ondan gələn məktubu oxusam, sən ağlayırsan. Mən bu dəfə ona deyəcəm”.

-“Xeyir, sən bunu etməməlisən, Henri”- boz saçlı şaxtaçı dedi. Mən get gedə yaşlanıram, ona görə də xırda kədərli şeylər belə məni ağladır. Mən həqiqətən də ümid edirdim ki, o,bu axşam qayıdacaq.

Növbəti Cümə günü başqa bir şaxtaçı ziyarətə gəldi. O, məktubu oxumağı xahiş etdi. Bu məktub onu da ağlatdı.

“ Biz hamımız ondan ötrü çox darıxırıq”- o dedi.

Nəhayət Şənbə günü gəldi. Mən özüm də saatıma tez-tez baxırdım. Bu, Henrinin diqqətini çəkmişdi. “Sən də fikirləşirsən ki, nə isə baş verib, elə deyil mi?”- deyə o məndən soruşdu.

Gülümsədim və her şeyin yaxşı olduğunu dedim. Lakin bu onu qane etmədi.

Mən onun dostları Tom ve Coenin gəldiyini görəndə sevindim. Yaşlı şaxtaçılar əllərində gitara, eləcə də bir butulka viski və güllər gətirmişdilər. Gülləri güldana qoydular, gitarada şən və canlı mahnılar ifa etməyə başladılar.

Henrinin dostları ona fasiləsi olaraq içkidən verirdilər. Mən stolun üstündə qalmış viski butulkasına yaxınlaşanda, Tom qolumdan tutaraq məni saxladı.

“Onu yerə qoy digərini götür”- o pıçıldadı.

Saat gecə yarısını vurmağa başlayanda, o, şüşədə qalan viskidən Henriyə verdi.

Henri bütün şüşəni boşaltdı. Onun sifəti get gedə ağarırdı. “Dostlar”- o dedi. “Mən özümü yaxşı hiss etmirəm. Uzansam yaxşı olar”.

Sözlər ağzından çıxarkən Henri artıq yarıyuxulu idi. Bu məqamda, dostları Henrini yatağına daşıdı. Onlar qapını bağlayıb geri qayıtdılar və getməyə hazırlaşanda mən dedim:

–         Cənablar, xahiş edirəm getməyin. O, məni tanımayacaq, mən burda qəribəm.

Onlar bir-birinin üzünə baxdı. “Onun həyat yoldaşı artıq on doqquz ildir ki, vəfat edib”- deyə Tom dilləndi.

-“Vəfat edib?,”- mən pıçıldadım.

-“Vəfat edib yaxud da daha pisi”- o dedi.

O, evləndikdən altı ay sonra valideynlərini ziyarət etmək üçün getdi. Evə qayıdarkən, iyun ayının şənbə axşamı, buraya çox yaxın məsafədə İndianalılar onu əsir aldılar. O hadisədən sonra onu bir daha görən olmadı. Henri ağlını itirdi. O hələ də elə zənn edir ki, həyat yoldaşı sağdır. İyun ayı gələndə, Henri düşünür ki, o, valideynlərini ziyarət etməyə gedib və geri qayıdacağını gözləməyə başlayır. Henri köhnə məktubları çıxardır və biz bir araya toplaşanda, onları bizim üçün oxuyur. Şənbə günü axşam yoldaşının qayıdacağını güman edir. Biz həmin gün gəlirik və bütün gecəni yatması üçün içkisinə yuxugətirici dərman atırıq. Beləliklə, Henri növbəti ili normal keçirdir.

Coe kepkasını və gitarasını əlinə aldı və dedi:

–         “Biz bunu hər il İyun ayı etmişik. Birinci il biz iyirmi yeddi nəfər idik, lakin indi yalnızca iki nəfər qalmışıq”.

Bu sözləri deyib o kiçicik evin qapısını açdı. Və bu iki adam Stanislaunun qaranlığında qeyb oldu.

 

Tərcümə etdi: Nərmin Kərimli

 

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi , , , , , , , , , | 1 Şərh