Elis Munro 1931-ci il, iyulun 10-da Uinqemdə, Kanadanın Ontario vilayətində anadan olmuşdur.Onun anası müəllimə, atası isə fermer olub.Orta məktəbi bitirəndən sonra, o, Qərbi Ontario Universitetində Jurnalistika və İngilis dili üzrə təhsil almağa başlayır, lakin 1951-ci ildə ailə həyatı quraraq, təhsilini yarımçıq qoyur. Daha sonra həyat yoldaşı ilə birlikdə Elis, Britaniya Kolumbiyası əyalətinin Viktoriya şəhərinə köçür və cütlük burada bir kitab mağazası açır.Munro hekayə yazmağa yeniyetmə yaşlarında başlasa da, özünün kitab həcmində ilk əsəri 1968-ci ildə nəşr edilmişdi.”Şən kölgələrin rəqsi” adlı hekayələr toplusundan ibarət kitab Kanadada böyük maraqla qarşılanmışdı.1950-ci illin əvvəllərindən onun müxtəlif jurnallarda əsərləri dərc olunmuşdur.1971-ci ildə “Qızların və qadınların həyatı” adlı hekayələr toplusu nəşr olundu və bu kitabı tənqidçilər “tərbiyəvi roman” kimi səciyyələndirirdilər.
Munro əsasən, qısa hekayələrinə görə məşhurdur və illər keçdikcə çoxlu hekayə toplusu nəşr etməyə müvəffəq olmuşdu.Onun əsərləri sırasına “Sən özünü kim hesab edirsən?” (1978), “Yupiterin peykləri” (1982), “Kasl-Rokdan mənzərə” (2006) ,“ Həddən artıq xoşbəxtlik” ( 2009) və s. daxildir.Yazıçının “Nifrət, dostluq, qayğı, eşq, nikah” (2001) hekayələr toplusu əsasında Sara Pollinin rejissorluğu ilə “Ondan uzaqda” filmi çəkilmişdir. Ən son nəşr edilmiş hekayələr kitabı isə “Əziz həyat”-dır (2012) .
Munro aydınlıq və psixoloji reallığı ilə seçilən gözəl təhkiyəçilik qabiliyyətinə görə təqdir edilir. Bir çox tənqidçilər onu “Kanadanın Çexovu” hesab edirlər.Onun hekayələri əsasən, sosial cəhətdən qəbul edilən mövcudluq uğrunda mübarizənin hökm sürdüyü kiçik şəhər mühiti ilə məhdudlaşıb nəsil müxtəliflikləri və toqquşan həyat ambisiyaları kimi problemlərdən qaynaqlanan gərgin münasibətlər və mənəvi münaqişələrlə nəticələnir.Munronun hekayələri əsasən gündəlik həyat hadisələrindən bəhs etsə də, həlledici məqamları, mənzərələri təsvir etməklə mövcud sualların gün işığında aydınlıq tapmasına xidmət edir.
O, ingilis,fransız, ispan, isveç və alman dillərində hekayələr müəllifidir. Hal-hazırda yazıçı Klintonda, cənub-qərbi Ontarioda, uşaqlıq dövrünü keçirdiyi evin yaxınlığında yaşayır.
İngilis dilində olan əsas əsərləri
- “Şən kölgələrin rəqsi” — Dance of the Happy Shades (1968), (General-qubernatorun bədii ədəbiyyat üzrə mükafatının qalibi)
- “Qızların və qadınların həyatı” — Lives of Girls and Women (1971)
- “Sizə nə isə demək istəyirdim..” — Something I’ve Been Meaning to Tell You(1974)
- “Sən özünü kim hesab edirsən?” — Who Do You Think You Are? (1978), (General-qubernatorun bədii ədəbiyyat üzrə mükafatının qalibi; digər adı “Kasıb xadimə” (Beggar Maid))
- “Yupiterin peykləri” — The Moons of Jupiter (1982)
- “Məhəbbət yolu” — The Progress of Love (1986), (General-qubernatorun bədii ədəbiyyat üzrə mükafatının qalibi)
- “Gənclik dostum” — Friend of My Youth (1990), (Trillium kitab mükafatının qalibi)
- “Sirləri açın” — Open Secrets (1994)
- “Yaxşı qadının sevgisi” — The Love of a Good Woman (1998), (Giller mükafatının qalibi)
- “Nifrət, dostluq, qayğı, eşq, nikah” — Hateship, Friendship, Courtship, Loveship, Marriage (2001), (digər adı “Ondan uzaqda” (Away From Her))
- “Qaçaq ” — Runaway (2004), (Giller mükafatının qalibi)
- “Kastl-Rokdan mənzərə” — The View from Castle Rock (2006)
- “Həddən artıq xoşbəxtlik” — Too Much Happiness (2009)
- “Əziz həyat” — Dear Life (2012)
Tərcümə etdi: Nərmin Musayeva