Ədəbiyyat üzrə 2014-cü il Nobel mükafatı qalibi- Patrick Modiano

PATRICK MODIANO : "ECRIRE, C'EST COMME CONDUIRE DANS LE BROUILLARD".

Ədəbiyyat üzrə 2014-cü il Nobel mükafatına  Patrick Modiano “özünün ən anlaşılmaz insan talelərinə yol açan və  sənət dünyasının-həyatının bilinməyən tərəflərini açıb göstərən yaddaş sənətinə görə”  layiq görülmüşdür.

Patrick Modiano 1945-ci il,  iyulun 30-da Paris şəhəri ətrafında yerləşən Bulon-Biyankur icmasında anadan olmuşdur.Onun atası iş adamı, anası isə aktrisa idi. Orta məktəbi bitirdikdən sonra Patrick Modiano Parisdə  “İV Henri liseyi”ndə təhsil almağa başlayır.Onun inkişafında həlledici rol oynayan yazıçı Reymond Kunu  həndəsədən Patrickə özəl dərs verir.Artıq 1968-ci ildə Modiano bir yazıçı kimi özünün ilk debütünü edir və böyük maraqla qarşılanan “Ulduzların yerinə” (La place de l’étoile) əsərini yazır.

Modianonun əsərləri əsasən yaddaş, huşsuzluq, şəxsiyyət və günah kimi mövzulardan bəhs edir. Onun əsərlərində Paris şəhəri dəfələrlə öz əksini tapır və demək olar ki, “yaradıcı iştirakçı” kimi çıxış edir.Modianonun hekayələri əsasən avtobioqrafik səciyyə daşıyır və ya  alman işğalı dövründə baş vermiş hadisələrdən bəhs edir.O, müsahibə,qəzet məqalələri və özünün illər boyu yığılıb qalmış qeydlərindən əsərləri üçün material kimi də istifadə edir.Patrick Modianonun romanları bir-biri ilə sıx şəkildə əlaqəlidir və bəzən daha əvvəlki epizodlar uzadılır,obrazlar müxtəlif hekayələrdə yenidən iştirak edirlər.Yazıçının yaşadığı yer və oranın tarixi onun  hekayələrini bir-biri ilə əlaqələndirməyə şərait yaradır.İkinci Dünya müharibəsindən bəhs edən sənədli əsərində Holokaustun qurbanlarından biri olan Dora Bruder adlı 15 yaşlı qızın real həyat hekayəsindən danışılır.Avtobioqrafik obrazı ən aydın şəkildə  izah edən əsərləri içərisində 2005-ci ildə yazdığı “Bir ailə”-ni xüsusilə qeyd etmək lazımdır.

Modianonun bir çox əsərləri ingilis dilinə tərcümə olunmuşdur.Bunlara misal olaraq, “Dairəvi yol”, “Villa triste”, “Kinin buraxdığı izlər”, “Bal ayı”nı göstərmək olar.Onun 2014-cü ildə yazılmış ən son əsəri isə “Siz niyə öz qonşuluğunuzda itmirsiniz”dir.Modiano həmçinin uşaq kitabları və film ssenariləri də yazmışdır. Kinorejissor Luis Mal ilə birlikdə Almanların Fransanı işğalı dövründən bəhs edən Lacombe Lucien (1974) adlı bədii film çəkmişdir.

 

Tərcümə etdi: Nərmin Musayeva

 

 

Məlumat, Yazar kateqoriyasına göndərildi | Etiketləndi , , , , , , , , , | Bir şərh yazın