İnsanlıq böyük bir ailədir , biz də bu ailədə özümüzə düşən şərəfli yeri tutmaq məcburiyətindəyik. Ancaq bu ailədə də Qabillər və Habillər var. Əsrlərdən bəri iki mədəniyyəti təmsil etmişik,iki ayrı dünyanı təmsil etmişik. Avropanın bizi dərk etməsi, Avropanın bizi həqiqi dəyərlərimizlə qiymətləndirməsi düşünülə bilər mi? Hələlik Nobel in bizə töhfəsi , bir-birimizi pərişan hala salmaq üçün istifadə etdiyimiz dinamit hissəciklərindən ibarətdi.Görəsən istiqbalda olan Avropa bizi də öz ailəsinin doğmaca övladı olaraq qəbul edəcək mi?
Mükafatlar barəsində bəndəniz artıq dərəcə şüphəliyəm .Əslində bəxşişlər cılız istedadları ,ölümə məhkum olan qabiliyyətləri yaşatmağa bir köməkçidir. Yəni bir qoltuq ağacıdırlar. İndiyə qədər heç bir zəka bəxşişlər sayəsində özünü insanlığa qəbul etdirməmişdir. Zəka hər şeydən əvvəl uzun bir səbrdir, mücadilədir, döyüşdür, fəthdir… Qaldı ki Nobelin ədəbiyyat mükafatı, öz ailə fərdlərinə ehsanından ibarətdir. Hərçənd arada bir uzaq iqlimlərə qədər ehsanlarını lütf etmək comərdliyini göstərir. Fəqət özü dərk edəcəyi , öz dünyasını gözəlləşdirən, öz mənəvi iqlimində yetişən insanlar nail olabilərlər bu mükafatlara ……
Bir sözlə, şairlərimiz Nobeldən mükafat alabilməzlər.Çünkü şeir tərcümə ediləbilməz, milli bir şeydir , anlaşıla bilməz. Ədəbiyyatın digər qolları isə təzəcə ölkəmizdə yeni yeni mövcudluqların davam etdirməkdədirlər. Bu səbəbdən o sahələrdə Avropanın əməllərini vəsf edən , Avropaya onu gözəl göstərən və günahlarını unudmasında işinə yarayan böyük əsərlərimiz yoxdur. Əgər şeir tərcümə ediləbilsəydi , Nobeli bir Fikrətin alabiləcəyini , bir Nazimin alabiləcəyini düşünürəm. Əgər roman milli və ədəbi məhsul olmasaydı , əlbət Kemal Tahir ağlıma gələrdi …..
Fəqət bugün : əvvəla həqiqi mənada Avropa hüzuruna çıxaracaq ədəbiyyat ustadlarımız yoxdur.Yaşayanlar içindən Nobel ə namizəd olabiləcək kimsə yoxdu. Nobel müəyyən bir mədəniyyətdir. Sonrasında Nobel , mükafatlarını bir tale tək bəxtəbəxt paylamaqdadır. Məsələn bir Senkiyeviç. Senkiyeviçin Kovadisi sadəcə Avropaya onun çox bərbəzəkli , çox möhtəşəm bir təsvirini təqdim etdiyi üçün mükafata layiq görülmüşdür. Kovadisi saraylardan köşklərə uçuran külək , Avropanın ürəyinə yağ kimi yayılan, Avropa ya onun mənliyini çox daha gözəl , çox daha qüsursuz , çox daha az eybəcər göstərən bir küləkdir. Çörçil, ədəbiyyat dünyasında hərhansı bir simadır. İnsanilik ölçüsündə yaradıcı biri deyildir. Ama kapitalizmdə sistemi müdafiə etdiyi üçün sadəcə Çörçil öz zəfərlərini qazandı, bu mükafata layiq görüldü. Misalları sonsuza qədər sadalayabilərik.
Xülasə, ədəbiyyatçının , “fikir adamı”nın hərhansı bir yerləşmiş ictimai sistemdən, hərhansı bir qurumdan , hərhansı bir “nüfuz mərkəzi”ndən istəyəcəyi tək şey vardır: “Azadlıq mühitində özünü ifadə etməsinə göz yumulması …..” Həqiqətdə mükafat bir qanad deyildir, fikir adamı üçün ….bir zəncirdir. Biz bu zəncirdən payımıza düşəni tam olaraq almışıq .
Türk dilindən tərcümə etdi: Kamran Məhərrəm