Müəllifin arxivləri: BTK 2
“Xəbərçi ürək” Edqar Allan Po
Düzdür! Əsəbi – dəhşətli dərəcədə çox əsəbi biri idim, elə indi də beləyəm! Axı hardan mənim dəli olduğum qənaətinə gəlirsiniz? Bu xəstəlik əsəblərimi tarıma çəkmişdi– korlamamışdı, kütləşdirməmişdi. Baş verənlərdən ən önəmlisi, eşitmə qabiliyyətimdəki həsaslıq idi. Göydə, yerdə baş verən … Oxumağa davam et
“Tərk edildiyim günlər” Elena Ferrante
Romandan bir parça. Aprel ayı idi. Nahar etdikdən dərhal sonra yoldaşım məndən ayrılmaq istədiyini dedi. O, bunu deyən zaman biz süfrəni yığışdırırdıq, uşaqlar yenə öz otaqlarında zarafatlaşırdılar, it isə radiatorun yanında mırıldana-mırıldana yatırdı. Mənə fikirlərinin qarışdığını və yorulduğundan, məmnuniyyətsizliyindən … Oxumağa davam et
“Görüş ağacı” Mayn Rid
“Öldürücü atəş” romanından parça Elena Armstronq əyilə-əyilə, oğrun-oğrun ətrafına baxaraq gecə vaxtı çıxdığı yola davam edir, bəzən də dayanıb ətrafı dinləyirdi. Tərəddüd içində olmasına baxmayaraq, sanki müəyyən bir məqsədlə harasa çatmağa tələsirdi. Bu səbəbin nə olduğunu oxucu biz deməsək də, … Oxumağa davam et
“İtkin adaxlı” Xose Xoakin Lopez (José Joaquín López)
Serxio Qomezlə hardasa 5 il bundan qabaq tanış olmuşdum. Mənə dediyinə görə, prokurorluqdakı işindən artıq 7 il idi ki, təqaüdə çıxmışdı və o vaxtdan özünü şəxsi detektiv işinə həsr etmişdi. O, boğazındakı infeksiyaya görə mənim yanıma gəlirdi, … Oxumağa davam et
“Cırıq ayaqqabı” Nataliya Ginzburq
Mənim ayaqqablarım cırıqdır, hal-hazırda birlikdə yaşadığım rəfiqəmin ayaqqabıları da cırıqdır. Biz demək olar ki, tez-tez ayaqqabılardan danışırıq. Elə ki, gələcəkdə yaşlı yazıçı olacağımdan danışmağa başlayıram o, tez soruşur : “Onda hansı ayaqqabıdan alacaqsan?” Mən isə cavab verirəm ki, bir tərəfində … Oxumağa davam et
“Siluetlər” Katherine Mansfield
Yenə də axşamın soyuğu… Pəncərəmdən görünən yarı qarla örtülmüş laurestinus kolu… O cansız və sakit halda irəli-geri yellənir, hər dəfə ona baxanda sanki zərif bir gül qoxusu içimə dolur. İncitək səmanın əksinə böyük təpəcik qüllələri, dovşanqulaqları ilə örtülmüş , şirə … Oxumağa davam et
“Bu kəndə çox dəhşətli bir bəla üz verəcək” Qabriel Qarsiya Markez
Bir dəfə yazıçıların konqresində hekayəni danışmaqla onu yazmaq arasındakı fərqdən söz gedərkən Markez belə demişdi: “Fərq odur ki, hekayəni yazarkən onun necə dəyişdiyini görürsünüz”. Biri vardı, biri yoxdu, kiçik bir kənd vardı. Orada bir qadın 17 yaşlı oğlu və 14 … Oxumağa davam et
Boğaziçi Universitetində Tarixi Görüş.
Boğaziçi Universitetinin 150-ci il dönümü münasibəti ilə tarixi və böyük bir görüşməyə ev sahibliyi edəcək. Bütün dünyada məşhur iki yazıçı – Umberto Eco və Orhan Pamuk, Albert Long Hall-da tarixi bir görüş keçirəcəklər. “Gerçekler, Kurgu ve Tarih Üzerine Bir … Oxumağa davam et