“Tərcümə – mədəniyyətlərarası kommunikasiya vasitəsi kimi” konfransında Bədii Tərcümə Problemləri

        Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) təşkilatçılığı ilə, Beynəlxalq Tərcümə günü və AGTA-nın yaranmasının 1 illiyi münasibətilə bu gün (28.09.12) Beynəlxalq Mətbuat Mərkəzində “Tərcümə – mədəniyyətlərarası kommunikasiya vasitəsi kimi” mövzusunda konfrans keçirildi.

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının sədri İsmayıl Cəbrayılovun açılış nitqindən sonra AGTA-nın 1 illik fəaliyyəti barədə video sujetin nümayişi oldu. “Tərcüməçilərin təşkilatlanması” , “Azərbaycanda tərcümə təhsili” kimi panel müzakirələri ilə davam edən konfrans Azərbaycanda Bədii tərcümə problemləri adlı panel müzakirəsi ilə sonlandı.
Bu paneldə Əkrəm Əylisli, Günel Mövlud, Seymur Baycan və Şahbaz Xuduoğlu çıxış etmişlər.
Çıxışı zamanı Əkrəm Əylisli öz təcrübələrindən və eyni zamanda ədəbi tərcüməçi olmaq üçün hansı keyfiyyətlərə sahib olmağın vacibliyindən söz açıb.
Günel Mövlud :“Müəllifin ruhunu, ürəyini, yazdığı əhvalı yalnız yazıçı, şair hiss edə bilər.”
İsrfail Xakiyev isə bu fikrə öz münasibətini belə bildirm

işdir: “Yazıçının üslubu müəllifinki ilə uyğun olmasa problemlər yarana bilər.”

G. Mövlud peşəkar tərcüməçi anlayışı ilə razılaşmadığını bildirib. Ən bacarıqlı tərcüməçi yalnız yaxşı tərcüməçi ola bilər. Peşəkarlıq ancaq vərdiş halı almış işlərdə mümkündür. Yaxşı tərcüməçilərə yazıçıları aid edən tərcüməçi ədəbi tərcümənin yazıçılar və ya şairlər tərəfindən edilməli olduğunu qeyd edib.

Seymur Baycan “Yunanistan gündəliyi”, “Həyata yekun vurarkən”, “Ədəbiyyat və reallıq” kimi əsərlərin tərcümə edilməli olduğunu deyib.
Şahbaz Xuduoğlu isə nəşriyyatlarla əməkdaşlıq, tərcümə olunmuş əsərlərin satışı barədə çıxış edərək, gənc tərcüməçilərlə əməkdaşlıq etməyə hər zaman hazır olduqlarını deyib. Sonda ədəbi tərcüməçilərin nəşriyyatlarla mütləq şəkildə əlaqə saxlamalı olduqlarını vurğulayıb.

By Arzu

Xəbərlər kateqoriyasına göndərildi | Etiketləndi | Bir şərh yazın