Den Braunun Robert Lanqdonun baş qəhrəman olduğu yeni “ Cəhənnəm” adlı kitabı mayda işıq üzü görəcək

dan-brown

“ Da Vinçi Şifrəsi”-in – ən çox satılan kitabın müəllifi Den Braun mayda yeni kitabını nəşr etdirəcək.

“ Cəhənnəm” adlanan əsər Harvard Universitetinin simvollar üzrə professoru Robert Lanqdonun araşdırdığı silsilə cinayətlər mövzusunda olan dördüncü romandır.

Braun Florensiyada tədqiqat apararkən İtalyan şairi Dantenin “Cəhənnəm” adlanan klassik əsərindən təsirləndiyini bildirib.

Hadisələri İtaliyada cərəyan edən kitabda Lanqdonun “ tarixin ən qədim və sirli bədii əsələrindən birindəki əzablar dünyası” –na düşməyindən bəhs olunacaq.

“ Tələbə kimi Dantenin  “Cəhənnəm” əsərini araşdırmağıma rəğmən, bu günə kimi Dantenin bu əsərinin müasir dünyadakı mövcud təsirini qiymətləndirə bilməmişəm”. – Braun deyib.

“ Bu yeni roman ilə oxucularımı bu sirli aləmin – şifrələr, simvollar və bir neçə gizli keçiddən daha artıq şeyin olduğu məkanın – dərinliklərinə səyahət etdirməkdən məmnunam ”.

Kitabın adı Twitter və Facebook da daxil olmaqla sosial media saytlarındakı “post” –lar vasitəsi ilə tapılıb.

Hər dəfə fanatlar romanı qeyd etdikcə sonda romanın adını verəcək mozaikanın bir hissəsi açılırdı.

Şəkil Florensiyada yerləşən Müqəddəs Mariya Del Fyor Kilsəsini – başqa sözlə desək, daha çox Duomo adı ilə tanınan abidəni əks etdirirdi.

Braunun romanlarının satış kompaniyasının bir hissəsi olaraq tapmacalardan istifadə olunması birinci dəfə deyil.

Onun sonuncu romanı “ İtmiş Simvol” bazara çıxarıldığı vaxtda da əsər ilə bağlı çoxsaylı şifrələr, tapmacalar buraxılmışdı.

Braunun romanları bütün dünyada milyon nüsxələrlə satılmışdır.

Çap variantının satışına görə “ Da Vinçi Şifrəsi” Birləşmiş Krallıqda ən çox satılan romandır və bu roman 51 dilə tərcümə olunub.

Həm “ Da Vinçi Şifrəsi”, həm də “ Mələklər və Şeytanlar” Tom Henksin baş rolda çəkildiyi Hollivud filimlərinə çevrildi.

“ İtmiş Simvol” –un kino versiyası isə hələ hazırlanmaqdadır.

 

Məlumat http://www.bbc.co.uk/news/ saytından götürülüb.

Tərcümə etdi : Günel Əbilova

Məlumat, Xəbərlər kateqoriyasına göndərildi | Etiketləndi | Bir şərh yazın