2012- ci ildə azərbaycanlıların ən çox oxuduğu “On bir dəqiqə” romanının müəllifi Paulo Koelyo – BİOQRAFİYA

Paulo-Coelho-paulo-coelho-6913511-1181-1203

Paulo Koelyo 1947-cı ilin avqustunun 24-də Rio de Janeyro şəhərində katolik ailəsində dünyaya gəlib. Uşaqlıqdan yazıçı olmaq istəyən Koelyo valideynlərinin narazılığı ilə üzləşir. Belə ki, Braziliyada yazıçılıq peşəsinin heç bir gələcəyi olmadığını düşünən valideynlər daim onu sıxışdırır, məhdudiyyətlər qoyurdular.

Koelyonun üsyankar xarakteri və ənənəvi düşüncələrə qarşı çıxmasına görə, 17 yaşından sonra valideynləri onu üç dəfə ruhi xəstəxanaya yerləşdiriblər. Bu xəstəxanada o, elektroşokla müalicə olunub.

20 yaşınadək üç dəfə ruhi xəstəxanadan qaçan yazıçı burdan çıxarılaraq, Hüquq məktəbinə göndərilir. Lakin, 1970-ci illərdə hippi həyat tərzi (seks, narkotik maddələr və rok-n-roll) keçirdiyi üçün məktəbdən qovulur.

Koelyo Braziliyanın hərbi qanunlarına etiraz olaraq yazılmış mahnının sözlərinin müəllifidir.

Siyasi fəaliyyətinə görə üç dəfə həbs olunaraq mühakimə edilib.

Koelyo yazıçı fəaliyyətinə başlamazdan əvvəl aktyor, jurnalist və teatr rejissoru kimi çalışıb. 1986-cı il  Koelyonun  həyatında dönüş nöqtəsi olur. Şimal-qərbi İspaniyada yerləşən katoliklərə məxsus 500 mildən uzun olan Santyaqo de Kompostela (Santiago de Compostela) yolunu piyada keçir. Yolboyu ruhi oyanış qazanan Koelyo avtobioqrafik xarakter daşıyan   “Zəvvarlıq”  əsərini qələmə alır. Bundan bir-iki həftə sonra “Kimyagər” əsərini yazır. Diqqət çəkməyən əsər yalnız fransız dilinə tərcümə olunduqdan sonra bestsellere çevrilir. 65 milyon nüsxə ilə satılmış əsər müəllifi həyatda ola-ola  ən çox tərcümə olunmuş kitab hesab olunur.

Paulo Koelyonun adı Ginnesin Rekordlar kitabına düşüb. O, ən çox tərcümə edilmiş (53 dilə) əsərin (“Kimyagər”) nəşrlərinə bir dəfəyə ən çox imza atan müəllifdir. Rekord nəticə 2003 – cü ildə Frankfurt Kitab yarmarkasında kitabın beynəlxalq imzalanması zamanı əldə edilib. Belə ki, o, saat 18: 30-dan 20:00-a kimi dayanmadan kitablara imza atıb.

Qabriel Qarsiya Markesdən sonra ən çox oxunan Latın Amerikalı yazıçı hesab olunur.

2007-ci ilin sentyabrında isə BMT-in sülhməramlı səfiri seçilib.

Tərcümə etdi: Günel Əbilova

Məlumat kateqoriyasına göndərildi | Bir şərh yazın