Alfred Nobelin vəsiyyətnaməsi

Alfred-lab

27 noyabr 1895-ci il tarixdə, Alfred Nobel Parisdə İsveç-Norveç Klubunda üçüncü və sonuncu vəsiyyətini imzaladı. Onun ölümündən sonra açılıb oxunan bu vəsiyyət həm İsveçdə, həm də bütün dünyada mübahisələrə səbəb oldu. Belə ki, o, sərvətinin çox hissəsini mükafat təsis edilməsi üçün vəsiyyət etmişdir.  Onun ailəsi Nobel mükafatının yaradılmasına qarşı çıxdılar və vəsiyyətnamədə adlarını çəkdiyi  mükafat təsisçiləri onun bu tələbini yerinə  yetirməkdən imtina etdilər. Bu hadisə 1901-ci ildə verilən ilk Nobel Mükafatından  beş il öncə olmuşdur.

Nobel mükafatının yaradılması

Alfred Nobel vəsiyyətnamənin bu hissəsində qeyd edir ki, onun bütün əmlakı “geridə qalan bir il ərzində bəşəriyyətə ən böyük fayda vermiş şəxslərə mükafatlar təqdim olunması“ üçün sərf olunsun.

“Mənim qalan bütün əmlakım aşağıdakı qayda ilə bölüşdürülsün : mənim qəyyumlarım tərəfindən qiymətli kağızlar şəklində yatırılan kapital əsasında fond yaradılmalı və bu kapitlın faizləri hər il mükafat formasında geridə qalan bir il ərzində bəşəriyyətə ən böyük fayda vermiş şəxslərə verilməlidir. O qeyd edir ki, mükafat müvafiq olaraq 5 bərabər hissəyə bölünməlidir : bir hissəsi fizika elmində çox mühüm bir ixtira və ya kəşf etmiş bir şəxsə verilməlidir ; bir hissəsi çox önəmli kimyəvi kəşf və təkmilləşdirmə aparan şəxsə ; bir hissəsi tibbdə və ya fiziologiyada çox əhəmiyyətli bir çevriliş edən şəxsə ; bir hissəsi ədəbiyyatda sülh istiqamətində əsərlər yazaraq çox önəmli işlər görmüş şəxsə ; bir hissəsi isə xalqlar arasında qardaşlıq yaratmaq,  daimi qoşunların azaldılması və sülh qurultaylarının keçirilməsi və inkişafı üçün ən yaxşı işlər görmüş şəxsə verilməlidir. Fizika və kimya üzrə mükafatlar İsveç Elmlər Akademiyası tərəfindən, fiziologiya və tibbi işlər üzrə mükafatlar Stokholmdakı Karolinska İnstitutu tərəfindən, ədəbiyyat üzrə mükafatlar  Stokholm Akademiyası tərəfindən və sülh mükafatının qalibləri isə Norveç Stortinqinin  ( Norveç Parlamenti) təyin etdiyi beş nəfərdən ibarət komitə  tərəfindən təltif olunsunlar. Bu, mənim ən böyük arzumdur ki, mükafatlar insanların vətəndaşlığından asılı olmayaraq verilsin. Skandinaviyalı olub-olmamasından asılı olmayaraq, layiq olan şəxs bu mükafatı alsın”.

 

Tərcümə etdi: Zöhrə Nəsibova

 

 

Kitab, Məlumat, Müzakirə, Xəbərlər kateqoriyasına göndərildi | Bir şərh yazın