KLUB HAQQINDA

AGTA Bədii Tərcüməçilər Klubu

Klub haqqında: Bədii Tərcüməçilər Klubu Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) daxilində fəaliyyət göstərən 8 klubdan biridir.

AGTA Bədii Tərcüməçilər Klubunun məqsədi Azərbaycanda bədii tərcümə sənətinin inkişaf etdirilməsi və ölkədə fəaliyyət göstərən bədii tərcüməçilərin hüquqlarının müdafiəsidir.

 Klubun vəzifələri

 Klubun məqsədinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

–        Bədii tərcümə sahəsinə yeni qədəm qoyan gənc bədii tərcüməçilərin bədii tərcümə bacarıqlarını inkişaf etdirmək;

–        Gənclər arasında bədii tərcüməni təbliğ etmək, bu sahəyə maraq yaratmaq;

–        Bədii tərcümə sahəsində təhsil alan tələbələrə metodiki və praktiki dəstək göstərmək;

–        Müasir və klassik dünya ədəbiyyatının maraqlı nümunələrinin azərbaycan dilinə tərcümə edilməsi;

–        Azərbaycan ədəbiyyatını dünyada təbliğ etmək, ədəbiyyatımızın maraqlı nümunələrin xarici dillərə tərcüməsinə çalışmaq;

–        Bədii tərcüməçilərin gördüyü işin gerçək dəyərinin cəmiyyətə çatdırılmasına kömək etmək;

–        Gənclərin asudə vaxtını səmərəli keçirməsinə kömək olmaq;

–        Üzvlərin maraq və hüquqlarını müdafiə etmək.

 

Əlaqə:

Klub Koordinatoru: Günel Əbilova

Köməkçi koordinator: Arzu Qasımova

Email: literary@agta.az

Tel: 01240865090

AGTA HAQQINDA

AGTA haqqında ətraflı məlumatı www.agta.az saytından əldə edə bilərsiz.


Bir şərh yazın