Kateqoriya arxivləri: Bədii Tərcümə

“İmperator olmaq istəmirəm” – Çarli Çaplin.

  Gərək məni bağışlayasanız, amma mən imperator olmaq istəmirəm. Çünki, bu mənim işim deyil. Mən nə yeni torpaqlar işğal etmək istəyirəm, nə də insanları idarə etmək. Hətta əgər mümkün olsaydı mən hər kəsə : yahudilərə, xristianlara, qaralara və ağlara yardım … Oxumağa davam et

Bədii Tərcümə, Məlumat, Müzakirə kateqoriyasına göndərildi | Etiketləndi , , , , , , , , , , , | Bir şərh yazın

Açıq Pəncərə – H. H. Munro (Saki) (1870-1916)

“Xalam tezliklə aşağıda olacaq, cənab Nattel, – 15 yaşlı gənc, təmkinli  qız bildirdi, – ona kimi həmsöhbətiniz mən olacağam”. Framton Nattel yolda olan xalanın şan-şöhrətinə xələl gətirən bir söz demədən çox hörmətli xala qızını lazımınca tərifləmək üçün nəsə deməyə çalışırdı. … Oxumağa davam et

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi , , , , , , , , , | Bir şərh yazın

Den Mörfi (Dul qadının etirazı) – Mark Tven

“Bu illər ərzində, mənim diqqətimi çəkən ən qəmgin əhvalatlardan biri də müharibə dövründə burada- Karninq şəhərində baş vermişdi”- bunu deyən bankirin işçisi sözə başladı. “Den Mörfi adlı bir gənc, könüllü olaraq ordu sıralarına yazılmış və böyük cəsarətlə vuruşmuşdu. Bütün yoldaşları … Oxumağa davam et

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi , , , , , , , , , , , , | Bir şərh yazın

Avqustda ölüm (Marko Viki) ( Romandan bir hissə)

Florensiya, aprel 1964 Axşam saat 9 idi. Balaca boyu ilə uşaqdan seçilməyən bir kişi təngnəfəs halda polis bölməsinə çatıb dayandı. O, növbətçinin oturduğu kabinənin şüşəsinə əllərilə vuraraq müstəntiq ilə danışmaq istədiyini bildirdi. O, bu sözləri qışqıra-qışqıra desə də sakit olmağa … Oxumağa davam et

Bədii Tərcümə kateqoriyasına göndərildi | 1 Şərh

Bayquşlarla söhbət

–         Antonio, sən Allah, bağla pəncərəni, soyuqdur. –         Bir dəqiqə, Letisiya, deyəsən cavab verirlər. –         Yaxşı görək, mən heç nə eşitmirəm. Antonio bayquş səsini yamsılayaraq pəncərəni açıq saxladı. Çox soyuq fevral gecəsi idi. –         Yəqin ki, bu saat dağ başına … Oxumağa davam et

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi , , , , , , , , , | Bir şərh yazın

David bərbərdə – Ken Elkes

David addımını qapıdan çölə atanda ani olaraq, qızılı, bərq vuran günəşin şüalarından gözləri qamaşdı və özü də bilmədən atasının əlindən yapışdı. Bu gün sanki qızmar yayla yaz arasındakı buzları əridən ilin ən isti günlərindən biri idi. Ata və oğul ənənəyə … Oxumağa davam et

Bədii Tərcümə kateqoriyasına göndərildi | Bir şərh yazın

Kaktus – O. Henry

Zaman barəsində ən diqqətəlayiq anlayış  onun büsbütün nisbi olmasıdır. Qəhərdən boğulmaqda olan bir adam üçün bol miqdarda xatirə hamılıqca qəbul olunub, rəva görüləndir; və bir adamın əlcəklərini çıxardığı vaxt ərzində bütöv bir eşq macərasını gözdən keçirməsi heç də  köhnə kəşf … Oxumağa davam et

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi , , , , , , , , | Bir şərh yazın

Umberto Econun nəvəsinə yazdığı məktub

Mənim əziz nəvəm, İstəməzdim ki, bu milad məktubu De Amicis sayağı səslənsin və bizim kimilərə, vətənə, dünyaya və bu qəbildən olan digər şeylərə sevgi bəsləməyi təbliğ etsin. Əks təqdirdə mənə qulaq asmazdın və bu tövsiyəmə əməl edərkən (sən yeniyetmə, mən … Oxumağa davam et

Bədii Tərcümə, Kitab, Məlumat kateqoriyasına göndərildi | Etiketləndi , , , , , , , , , , , , , | Bir şərh yazın

Insan oğlu – Nataliya Ginzburq

Müharibə zamanı insanlar evlərin necə yıxıldığının şahidi olmuşdu və indi onlar özlərini evlərində bir vaxtlar olduğu kimi sakit və təhlükəsiz hiss etmirdilər. Bəzi yaralar sağalmır. İllər keçsə də bizim yaralarımız da heç vaxt sağalmayacaq. Bəlkə də bir gün yenə masamızın … Oxumağa davam et

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi , , , , , , , , , , | Bir şərh yazın

Üç il – Anton Çexov

Romandan bir parça… Hər tərəf qaranlıq idi. Küçəni işıqlandıran yeganə işıq isə bəzi evlərin pəncərəsindən düşən zəif işıq və parıltılı ay idi. Laptev kilsə yaxınlığındakı skamyaların birində oturub kilsənin axşam xidmətinin bitməsini gözləyirdi.Həmin vaxt isə o, yalnız bir şey haqqında … Oxumağa davam et

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi , , , , , , , , , , | Bir şərh yazın