Müəllifin arxivləri: literary
“AD” Henri Sesil
Tərcümə etdi: Tamilla Abdiyeva Redaktə etdi: Günel Əbilova Oxuduqdan sonra əsər və tərcüməsi ilə bağlı fikir bildirməyinizi xahiş edirik. “CORC ELEPHANT!’’ (Elephant– ingilis dilindən tərcümədə fil deməkdir) Bir saylı şəhər məhkəməsinin katibi elan etdi. Eynəkli,arıq,bəstəboy bir kişi içəri gətirildi. … Oxumağa davam et
“Sehrli hekayə” Frederick Van Rensselaer Day
I HİSSƏ Kafedə tək oturub qəhvəmə təzəcə tökdüyüm şəkəri qarışdırırdım. Bu gün hava yeri göyü dağıdırdı. Bir yandan göydən iri qar topaları ələnir, o bir yandan küləyin vıyıltısı qulaq batırırdı. Çöl qapı açılanda hava burulğanı istənməyən qonaq kimi özünü … Oxumağa davam et
Vikipedia: Mo Yan
Daha çox Mo Yan təxəllüsü ilə tanınan çinli yazıçı Guan Moye (sadələşdirilmiş Çin dilində: 管谟业; ənənəvi Çin dilində: 管謨業; pinyin yazı metodu ilə: Guǎn Móyè; doğum tarixi: 17 fevral 1955-ci il) roman və kiçik hekayələr müəllifidir.
Ədəbiyyat üzrə 2012-ci il Nobel mükafatının qalibi Mo Yanla ilk telefon müsahibəsi
“Hiss edirdim ki, deməyə çox sözüm var….” Ədəbiyyat üzrə Nobel mükafatı qalibinin elan edilməsindən dərhal sonra – Mo Yandan götürülmüş telefon müsahibəsini təqdim edirik. Müsahibə 11 otkyabrda Yan Şuanq Lindblom tərəfindən çin dilində götürülmüş, Liu Pu Zenq tərəfindən bizim üçün … Oxumağa davam et
“Nə qurban, nə də cəllad”. Alber Kamyu (Albert Camus)
bbbbBəli, biz öz səsimizi qaldırmalıyıq. Bura qədər mən emosiyalara üz tutmamaq üçün özümü güclə saxladım. Biz, bizi boğmaq üçün hədə-qorxu gələn, hər bir detalını özümüz hazırladığımız tarixin məntiqindən aralı düşmüşük. Bu irrasional uzunluğa doğru gedən məntiq torunu başdan ayağa qədər … Oxumağa davam et
“Mən yuxularımı satıram” Gabriel Garcia Marquez
Səhər saat doqquz olardı. Sübh günəşinin parlaq şüaları altında Havana Riviera mehmanxanasının foyesinde səhər yeməyi yeyirdik. Elə bu an dənizdən qalxan nəhəng dalğa bənd boyu uzanan yolda hərəkət edən və səkidə dayanan avtomobilləri ağuşuna alıb havaya qaldırdı. … Oxumağa davam et
Ədəbiyyat üzrə “Nobel” mükafatı qalibi Mo Yan
Mo Yan: “ Nobel mükafatını qazanmaqla özüm özümü təəccübləndirdim. Hər zaman düşünmüşəm ki, bu mükafat mənim üçün əlçatmazdı!” 2012-ci ilin Ədəbiyyat üzrə Nobel Mükafatı çinli yazıçı Mo Yana verilib. Beləliklə də, o Ədəbiyyat üzrə ilk Nobel Mükafatını almış çinli yazıçı … Oxumağa davam et
“Böyük qanadlı qoca” Gabriel Garcia Marquez
Artıq üç gün idi ki, yağış dayanmadan yağırdı. Onlar evin içində çoxlu yengəc öldürmüşdülər. İndi Pelayo su içində qalmış həyətdən keçərək ölü yengəcləri dənizə atmağa aparırdı. Onların yeni doğulmuş körpəsi qızdırma içində alışıb yanırdı. Bunun evdə ölü yengəclərin yaratdığı üfunətə … Oxumağa davam et
“Yağış altında pişik” Ernest Hemingway
Mehmanxanada iki amerikalı qalırdı. Oradakılardan heç kimi tanımırdılar. Qaldıqları dəniz mənzərəli nömrə ikinci mərtəbədə idi. Pəncərədən park və müharibə qurbanları üçün qoyulmuş abidə görünürdü. Göz oxşayan parka iri palmalar, yaşıl skamyalar bir başqa gözəllik verirdi. Yaxşı hava olan kimi hansısa … Oxumağa davam et
“Tərcümə – mədəniyyətlərarası kommunikasiya vasitəsi kimi” konfransında Bədii Tərcümə Problemləri
Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) təşkilatçılığı ilə, Beynəlxalq Tərcümə günü və AGTA-nın yaranmasının 1 illiyi münasibətilə bu gün (28.09.12) Beynəlxalq Mətbuat Mərkəzində “Tərcümə – mədəniyyətlərarası kommunikasiya vasitəsi kimi” mövzusunda konfrans keçirildi.